DƏRS 5
Allahın dostları Cənnətdə yaşayacaqlar
Cənnət indi yaşadığımız dünyaya bənzəməyəcək. Allah heç vaxt istəməyib ki, yer üzündə kədər, əzab-əziyyət və ağrı-acı olsun. Gələcəkdə Allah yer üzünü Cənnətə çevirəcək. Bəs Cənnətdə həyat necə olacaq? Gəl baxaq Müqəddəs Kitab nə deyir:
Yaxşı insanlar. Allahın dostları Cənnətdə yaşayacaqlar. Onlar bir-birinə ancaq yaxşılıq edəcəklər. Onlar Allahın istədiyi kimi saleh ömür sürəcəklər (Məsəllər 2:21).
Qida bolluğu. Cənnətdə aclıq olmayacaq. Müqəddəs Kitabda deyilir: «Yerdə çörək bol olacaq» (Zəbur 72:16).
Gözəl evlər və xoşagələn iş. Cənnətdə hər ailənin öz evi olacaq. Hər kəs məşğul olduğu işdən məmnun olacaq (Əşiya 65:21—23).
Bütün dünyada sülh. Bir daha dava-dalaş olmayacaq və heç kim müharibədə ölməyəcək. Allahın Kəlamında deyilir: «[Allah] yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir» (Hamı sağlam olacaq. Müqəddəs Kitabda vəd edilir: «[Cənnətdə] heç bir sakin “xəstəyəm” deməyəcək» (Əşiya 33:24). Həmçinin əlil, kor, kar və lal adam olmayacaq (Əşiya 35:5, 6).
Ağrı-acı, kədər və ölüm yox olacaq. Allahın Kəlamında deyilir: «Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4).
Cənnətdə pis adamlar olmayacaq. Yehova vəd edir: «Pislərin... kökü yer üzündən kəsiləcək, xainlər oradan qoparılıb atılacaq» (Məsəllər 2:22).
İnsanlar arasında qarşılıqlı məhəbbət və hörmət olacaq. Bir daha haqsızlıq, zülm, tamahkarlıq və nifrət olmayacaq. İnsanlar birlik içində saleh həyat sürəcəklər (Əşiya 26:9).