Kontentə keç

Mündəricatı göstər

DƏRS 10

Həqiqi dini necə tapmaq olar

Həqiqi dini necə tapmaq olar

Əgər Allahın dostu olmaq istəyirsənsə, Onun bəyəndiyi dinə etiqad etməlisən. İsa demişdi ki, Allaha düzgün ibadət edənlər həqiqətə uyğun ibadət edəcəklər (Yəhya 4:23, 24). Allaha ibadət etmək üçün yalnız bir doğru yol var (Efeslilərə 4:4—6). Həqiqi din əbədi həyata, yalan din isə ölümə aparır (Mətta 7:13, 14).

Həqiqi dini, ona etiqad edənləri müşahidə etməklə tanıya bilərsən. Yehova yaxşı Allah olduğu üçün, Onun əsl xidmətçiləri də yaxşı insan olmalıdırlar. Yaxşı alma ağacı yaxşı alma gətirdiyi kimi, həqiqi dinin də bəhrəsi yaxşı adamlardır (Mətta 7:15—20).

Yehovanın dostları Müqəddəs Kitaba dərin hörmət göstərirlər. Onlar Müqəddəs Kitabın Allahdan gəldiyini bilirlər. Bu adamlar Müqəddəs Kitabdan Allah haqqında bilik alırlar. Onlar orada deyilənlərin həyatlarına rəhbərlik göstərməsinə, problemlərini həll etməsinə izin verirlər (2 Timutiyə 3:16). Onlar təbliğ etdikləri həqiqətə uyğun yaşamağa çalışırlar.

Yehovanın dostları bir-birlərini sevirlər. İsa Allah haqqında öyrətməklə və xəstələri sağaltmaqla adamlara məhəbbət göstərirdi. Həqiqi dinə etiqad edənlər də başqalarını sevirlər. İsa kimi onlar da özlərini kasıblardan və ya başqa xalqların nümayəndələrindən üstün tutmurlar. İsa demişdi ki, insanlar onun şagirdlərini aralarındakı məhəbbətə görə tanıyacaqlar (Yəhya 13:35).

Allahın dostları Onun «Yehova» adına ehtiramla yanaşırlar. Kimsə səni adınla çağırmaq istəməsə, o, sənin yaxın dostun ola bilər? Yox! Əgər bizim dostumuz varsa, onu adı ilə çağırır və başqalarına onun barəsində ancaq yaxşı şeylər danışırıq. Eləcə də Allahın dostu olmaq istəyənlər Onun adını çağırmalı və haqqında başqalarına danışmalıdırlar. Yehova bizdən bunu gözləyir (Mətta 6:9; Romalılara 10:13, 14).

Allahın dostları da, İsa kimi, insanlara Allahın Padşahlığı barəsində öyrədirlər. Allahın Padşahlığı yer üzünü Cənnətə döndərəcək səmavi hökumətdir. Allahın dostları Padşahlıq haqqındakı bu xoş xəbəri başqaları ilə bölüşürlər (Mətta 24:14).

Yehovanın Şahidləri Allahla dost olmağa çalışırlar. Onlar Müqəddəs Kitaba hörmət bəsləyir və bir-birlərini sevirlər. Həmçinin onlar Allahın adını çağırır, bu ada böyük hörmətlə yanaşır və başqalarına Allahın Padşahlığı haqqında öyrədirlər. Bu gün yer üzündə həqiqi dinə Yehovanın Şahidləri etiqad edirlər.