Kontentə keç

Mündəricatı göstər

DƏRS 7

Keçmişdən ibrət dərsi

Keçmişdən ibrət dərsi

Yehova pis insanlara Cənnəti korlamağa icazə verməyəcək. Orada ancaq Allahın dostları yaşayacaq. Bəs pis adamlar necə olacaq? Bu suala cavab tapmaq üçün Nuhun tarixçəsinə baxaq. Nuh bir neçə min il bundan əvvəl yaşamışdı. O, yaxşı insan idi və var gücü ilə Allahın dediklərini yerinə yetirməyə çalışırdı. Amma yer üzündəki o biri adamlar pis işlər görürdülər. Onda Yehova Nuha dedi ki, pis adamları məhv etmək üçün yerə daşqın göndərəcək. Daşqın gələndə Nuh özü və ailəsi məhv olmasın deyə, Allah ona bir gəmi tikməyi tapşırdı (Yaradılış 6:9—18).

Nuh və ailəsi gəmini tikdilər. Nuh insanları Daşqından xəbərdar edirdi, amma heç kim ona qulaq asmırdı. İnsanlar pis işlərdən əl çəkmirdilər. Gəmi hazır olanda Nuh heyvanları onun içinə topladı, sonra ailəsilə birlikdə gəmiyə girdi. Bir azdan Yehova güclü tufan göndərdi. 40 gün, 40 gecə yağış yağdı. ­Bütün yer üzü suyun altında qaldı (Yaradılış 7:7—12).

Pis adamlar məhv oldular, Nuh isə ailəsi ilə xilas oldu. Yehova onları Daşqında qoruyub saxladı və pislikdən təmizlənmiş yer üzünə çıxartdı (Yaradılış 7:22, 23). Müqəddəs Kitab bildirir ki, düzgün yaşamaq istəməyənlər keçmişdə olduğu kimi məhv ediləcəklər və bu tezliklə baş verəcək. Amma Yehova yaxşı insanları məhv etməyəcək. Onlar Cənnətə çevrilmiş yer üzündə əbədi yaşayacaqlar (2 Butrus 2:5, 6, 9).

Bu gün bir çox insan pis işlər görür. Dünya əzab-əziyyətlə dolub. Yehova insanları xəbərdar etmək üçün dönə-dönə Öz Şahidlərini göndərir, lakin əksər adamlar Yehovanın sözünə qulaq asmır və yollarından dönmək istəmirlər. Onlar Allahın normalarını — nəyin yaxşı, nəyin pis olduğunu qəbul etmirlər. Bu insanların aqibəti necə olacaq? Onlar nə vaxtsa dəyişəcəklər? Bir çoxları heç vaxt dəyişməyəcək. Pis adamların məhv ediləcəyi və bir daha əsla yaşamayacaqları vaxt yaxınlaşır (Zəbur 92:7).

Yer məhv edilməyəcək, Cənnətə döndəriləcək. Allahla dost olanlar Cənnətə çevrilmiş yer üzündə əbədi yaşayacaqlar (Zəbur 37:29).