DƏRS 14
Allahın dostları pis işlərdən çəkinirlər
Şeytan adamları pis işlərə təhrik edir. Allahın dostu olmaq istəyən şəxs Yehovanın nifrət etdiyi şeylərə nifrət etməlidir (Zəbur 97:10). Allahın dostlarının görmədiyi işlərdən bəziləri bunlardır:
Cinsi əxlaqsızlıq. «Zina etməyin» (Çıxış 20:14). Həmçinin nikah bağlayana kimi cinsi yaxınlıq etmək də günahdır (1 Korinflilərə 6:18).
Sərxoşluq. «İçki düşkünləri... Allahın Padşahlığına girməyəcəklər» (1 Korinflilərə 6:10).
Qatillik, abort. «Adam öldürməyin» (Çıxış 20:13).
Oğurluq. «Oğurluq etməyin» (Çıxış 20:15).
Yalan. Yehova «yalan danışan dil»ə nifrət edir (Məsəllər 6:17).
Zəbur 11:5). «Günahlı bədənin əməlləri bəllidir... qəzəb» (Qalatiyalılara 5:19, 20).
Zorakılıq və idarəolunmaz qəzəb. Yehova «zorakılığı sevənlərə nifrət edir» (Qumar. Acgözlük edənlə oturub-durmayın (1 Korinflilərə 5:11).
İrqi və etnik düşmənçilik. «Düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin» (Mətta 5:43, 44).
Allahın bizə dedikləri xeyrimiz üçündür. Pis əməllərdən uzaq durmaq həmişə asan deyil. Yehovanın və Onun Şahidlərinin köməyi ilə Allahın xoşlamadığı əməllərdən uzaq dura bilərsən (Əşiya 48:17; Filippililərə 4:13; İbranilərə 10:24, 25).