DƏRS 15
Allahın dostları yaxşı işlər görürlər
Ürəkdən sevdiyin və hörmət etdiyin dostun varsa, ona bənzəməyə çalışırsan. Müqəddəs Kitabda deyilir ki, «Yehova kəramətlidir, haqdır» (Zəbur 25:8). Allahla dost olmaq üçün biz də xeyirxah və haqsevər olmalıyıq. Müqəddəs Kitabda deyilir: «Allahın sevimli övladları kimi Ona bənzəməyə çalışın, məhəbbət yolunda yeriyin» (Efeslilərə 5:1, 2). Bunu necə etmək olar?
Başqalarına kömək etməyə hazır ol. «Hamıya... yaxşılıq edək» (Qalatiyalılara 6:10).
Zəhmətkeş ol. «Oğurluq edən daha oğurluq etməsin, əlinin halal zəhməti ilə dolansın» (Efeslilərə 4:28).
Fiziki və əxlaqi cəhətdən təmiz qal. «Cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək» (2 Korinflilərə 7:1).
Başqalarına məhəbbət göstər. «Bir-birimizi sevək, çünki məhəbbət Allahdandır» (1 Yəhya 4:7).
Yaşadığın ölkənin qanunlarına riayət et. «Qoy hər kəs hökumətə tabe olsun... hər kəsə haqqını verin: vergidirsə — vergini» (Romalılara 13:1, 7).