Kontentə keç

Mündəricatı göstər

Rəhbərlik Şurasının məktubu

Rəhbərlik Şurasının məktubu

Rəhbərlik Şurasının məktubu

Yehova Allahı və Onun Kəlamını sevənlərə:

İsa Məsih demişdi: «Siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək» (Yəhya 8:32). İlk dəfə Müqəddəs Kitabdakı həqiqəti öyrənəndə hansı hissləri keçirdiyinizi yadınıza salın. Başa düşəndə ki, bütün dünya yalanın ağuşunda olduğu halda, siz həqiqəti öyrənə bilərsiniz, yəqin çox həyəcanlanmışdınız (2 Timutiyə 3:1).

Yehova Allah istəyir ki, biz həqiqəti bilək. Biz insanları sevdiyimiz üçün onlara həqiqət haqqında danışmaq istəyirik. Amma Allaha xidmət etmək özünə daha çox şeyi daxil edir. Biz məsihi kimi yaşamaq üçün əlimizdən gələni etməliyik, çünki Yehovanın prinsiplərinə dərin hörmət bəsləyirik. İsa Məsih Allahı sevdiyimizi sübut etməyin mühüm bir yolunu izah etmişdi: «Mən Atamın əmrlərini yerinə yetirərək Onun mənə olan məhəbbətini qoruduğum kimi, siz də əmrlərimi yerinə yetirsəniz, mənim sizə olan məhəbbətimi qoruyub-saxlayacaqsınız» (Yəhya 15:10).

İsa Məsih Atasını ürəkdən sevir və Onun buyurduğu hər şeyi yerinə yetirir. Əgər biz də Məsih kimi yaşamağa çalışsaq, Yehova bizi sevəcək və biz həqiqi xoşbəxtliyi dadacağıq. İsa Məsih demişdi: «Madam ki bunları bilirsiniz, əməl edin, onda xoşbəxt olacaqsınız» (Yəhya 13:17).

Ümid edirik ki, bu nəşr sizə Müqəddəs Kitabdan öyrəndiyiniz həqiqətə uyğun yaşamağa və Allahın dostu olmağa kömək edəcək. Dua edirik ki, sizin Allaha məhəbbətiniz günü-gündən artsın və Allahın məhəbbətindən heç vaxt ayrılmayasınız, beləcə, əbədi həyata qovuşasınız (Yəhuda 21).

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası