VI BÖLMƏ • HƏVARİLƏRİN İŞLƏRİ 15:36—18:22
«Gəl indi... qayıdaq və oradakı qardaşlara baş çəkək»
Rayon nəzarətçiləri yığıncaqda hansı mühüm rolu oynayırlar? Teokratik təyinatları həvəslə qəbul edəndə hansı nemətləri əldə edirik? Təbliğ edəndə Müqəddəs Kitabdan necə əsaslı dəlillər gətirmək olar və söhbət zamanı nə üçün insanların baxışlarını nəzərə almaq lazımdır? Həvari Bulusun ikinci təbliğ səyahəti haqqında oxuduqca bu və digər suallara cavab tapacağıq.