Şəkil indeksi
Səhifələrlə göstərilib
Üz qabığı Bulus, Tabitə, Qallio, Luka, məbəd mühafizəçisi və həvarilər, sadduki, Bulus Qeysəriyyəyə aparılır; səsgücləndirici ilə təchiz olunmuş maşınla və fonoqrafla şahidlik.
Səhifə 1 Əli-qolu zəncirli Bulus Luka ilə Romaya gedən gəmidə.
Səhifə 2, 3 Rəhbərlik Şurasının üzvləri C. Barr və T. Yaraç dünya xəritəsi önündə.
Səhifə 11 İsa on bir sadiq həvarisinə və digər davamçılarına Cəlilədə dağın ətəyində tapşırıq verir.
Səhifə 14 İsa göyə qalxır; həvarilər ona baxırlar.
Səhifə 20 Əllinci gün bayramında şagirdlər müxtəlif yerlərdən gələnlərlə onların ana dilində danışırlar.
Səhifə 36 Həvarilər qəzəbi coşub-daşan Qayafanın önünə gətiriliblər. Məbəd mühafizəçiləri Sinedrionun əmrinə müntəzir durublar.
Səhifə 44 Aşağıda: II Dünya müharibəsindən sonra, Şərqi Almaniya məhkəməsi yanlış olaraq Yehovanın Şahidlərini Amerika cəsusu olmaqda ittiham edir («Neue Berliner Illustrierte», 1950-ci il, 3 oktyabr sayı).
Səhifə 46 Stefan müttəhim qismində Sinedrion önündə durub. Arxa fonda varlı saddukilər, ön planda təəssübkeş fərisilər.
Səhifə 54 Butrus yeni şagirdin üzərinə əllərini qoyur; Şimon, əlində pul kisəsi.
Səhifə 75 Butrus və yol yoldaşları Kornilinin evinə daxil olur. Kornilinin sol çiynində yüzbaşı olduğunu göstərən xüsusi örtük var.
Səhifə 83 Mələk Butrusu aparır; Butrus, ehtimal ki, Antoniya qalasında saxlanılırdı.
Səhifə 84 Aşağıda: 1945-ci il, Kvebek vilayətinin Monreal şəhəri, qəzəbli kütlə («Weekend Magazine», 1956-cı il, iyul sayı)
Səhifə 91 Bulusla Barnəba Pisidiya Antakyasından qovulurlar. Arxa fonda, ehtimal ki, eramızın birinci əsrinin əvvəlində tikilmiş yeni su kəməri.
Səhifə 94 Bulusla Barnəba Listrada onlara səcdə etmək istəyən insanları dayandırmağa çalışırlar. Adətən, qurban gətirmə ayini musiqi sədaları altında keçirilən səs-küylü və təmtəraqlı bir mərasim idi.
Səhifə 100 Yuxarıda: Sila ilə Yəhuda Suriya Antakyasındakı yığıncağı ruhlandırır (Həv. 15:30—32). Aşağıda: Uqanda, rayon nəzarətçisi yığıncaqda nitq söyləyir.
Səhifə 107 Evdə toplaşan Yerusəlim yığıncağı.
Səhifə 124 Bulus və Timuti Roma ticarət gəmisində. Uzaqda mayak görünür.
Səhifə 139 Bulus və Sila darvazası bağlı həyətdə; onlar qəzəbli kütlədən qaçırlar.
Səhifə 155 Qallio Bulusun ittihamçılarını qovur. O, mövqeyinə uyğun geyinib: üstündən tünd qırmızı zolaq gedən ağ mantiya və kalsey ayaqqabı.
Səhifə 158 Efes, Demetri gümüş ustalarına müraciət edir. Gümüşdən düzəldilən Artemida məbədləri suvenir kimi satılır.
Səhifə 171 Bulus yoldaşları ilə gəmiyə minir. Arxa fonda: eramızdan əvvəl birinci əsrdə qoyulmuş heykəl.
Səhifə 180 Aşağıda: 1940-cı illər, Kanadada nəşrlərimizin paylanmasının qadağan olunduğu vaxt; gənc Yehovanın Şahidi gizlicə ədəbiyyat gətirir. (Səhnələşdirilib.)
Səhifə 182 Bulus ağsaqqalların xahişini yerə salmır. İanələri çatdırmağa kömək edən Luka ilə Timuti arxada oturub.
Səhifə 190 Bulusun bacısı oğlu, ehtimal ki, Bulusun saxlanıldığı Antoni qalasında Klavdi Lisi ilə danışır. Arxada Hirodun məbədi görünür.
Səhifə 206 Bulus yük gəmisinin anbarında taqətdən düşmüş adamlar üçün dua edir.
Səhifə 222 Zəncirlə əsgərə bağlanmış Bulus Roma şəhərini seyr edir.