VIII BÖLMƏ • HƏVARİLƏRİN İŞLƏRİ 21:18—28:31
«Maneə olmadan... Allahın Padşahlığı haqqında danışır»
Bu bölmədə qəzəbli kütlənin Bulusa qarşı qalxdığı, onun həbs olunduğu və bir sıra Roma məmurları qarşısında özünü müdafiə etdiyi haqda oxuyacağıq. Bütün bunlara baxmayaraq, həvari Allahın Padşahlığı haqqında şəhadət etməyə davam edir. «Həvarilərin işləri» kitabının həyəcan doğuran son fəsillərini araşdırdıqca özündən soruş: «Bu cəsarətli və çalışqan həvaridən necə örnək götürə bilərəm?»