III BÖLMƏ • HƏVARİLƏRİN İŞLƏRİ 10:1—12:25
Başqa xalqlardan olanlar Allahın sözünü qəbul etdilər
İsanın yəhudi xalqından olan davamçıları xoş xəbəri sünnət olunmamış qeyri-yəhudilərə təbliğ etmək istəyəcəklərmi? Bu bölmədə biz Yehovanın ruhunun məsihiləri ürəklərini geniş açmağa, insanlara qarşı qərəzsiz olmağa necə kömək etdiyi və onları bütün xalqlara şəhadət verməyə necə təşviq etdiyi haqda öyrənəcəyik.