I BÖLMƏ • HƏVARİLƏRİN İŞLƏRİ 1:1—6:7
«Öz təliminizi bütün Yerusəlimə yaymısınız»
B. e. 33-cü ilinin Əllinci gün bayramında üzərlərinə müqəddəs ruh endiyi andan etibarən İsanın şagirdləri fəal surətdə Allahın Padşahlığı haqqında şəhadət vermək işinə başladılar. Bu bölmədə biz məsihi yığıncağının başlanğıcı, Yerusəlimdə şahidlik işinin geniş vüsət alması barədə və müqavimətlərin artmasına baxmayaraq, həvarilərin göstərdiyi şücaət haqqında maraqlı məlumatlar araşdıracağıq.