Fəsil 38
İsanı nəyə görə sevməliyik?
TƏSƏVVÜR ELƏ ki, sənin mindiyin qayıq batır. İstəyərdin, səni xilas etsinlər? ~ Birdən kimsə öz həyatını təhlükəyə ataraq səni xilas etsə, onda necə? ~ Bax, İsa məhz bunu etmişdi. 37-ci fəsildə öyrəndiyimiz kimi, bizi xilas etmək üçün o, öz həyatını fidyə olaraq verib.
Düzdür, İsa bizi boğulmaqdan xilas etməyib. Bəs onda nədən xilas edib? Yadındadır? ~ Adəmdən miras aldığımız günah və ölümdən. Bəzi insanlar çox pis işlər görsə də, İsa onlar üçün də ölüb. Belə adamları xilas etmək üçün sən öz həyatını təhlükəyə atardın? ~
Müqəddəs Kitabda deyilir: «Çətin güman etmək olar ki, kimsə saleh uğrunda ölsün; yaxşı bir adam uğrunda bəlkə də biri ölməyə cəsarət edər». Bununla belə Allahın Kəlamında izah olunur ki, İsa «allahsızlar uğrunda öldü». Bu adamların içində hətta Allaha xidmət etməyənlər də var idi! Müqəddəs Kitabda bunun ardınca deyilir: «Biz hələ günahkar ikən [pis işlər görərkən] Məsih bizim uğrumuzda öldü» (Romalılara 5:6-8).
Yadındadır, İsanın hansı həvarisi əvvəllər pis işlər görmüşdü? ~ Həmin həvari yazmışdı: «Məsih İsa günahkarları xilas etmək üçün dünyaya gəldi. O günahkarlardan ən yamanı mənəm». Bu sözləri deyən həvari Pavel idi. O deyirdi ki, bir zamanlar ağılsız olmuş və pis işlər görmüşdü (1 Timoteyə 1:15; Titusa 3:3).
Təsəvvür elə, Allah dünyanı nə qədər çox sevmişdi ki, belə pis insanlara görə Oğlunu ölümə göndərmişdi! Zəhmət olmasa, Müqəddəs Kitabını götür və «Yəhya» kitabının 3-cü fəslinin 16-cı ayəsində yazılanları oxu. Orada deyilir: «Allah dünyanı [yəni dünyada yaşayan insanları] elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun».
İsa sübut etdi ki, Atası sevdiyi qədər o da bizi sevir. Yəqin yadındadır, biz bu kitabın 30-cu fəslində İsanın həbs olunduğu gecə başına gələn bəzi şeylər haqqında oxumuşduq. Onu baş kahin Qayafanın evinə aparmış və orada onun üçün məhkəmə qurmuşdular. İsaya böhtan atmaq üçün yalançı şahidlər tutmuşdular və onu yumruqla döymüşdülər. Həmin vaxt Peter də İsanı tanıdığını danmışdı. İndi gəl təsəvvür edək ki, biz oradayıq və sonra baş verən hadisələri görürük.
Səhər açılır. İsa bütün gecəni yatmayıb. Gecəki məhkəmə qanuni olmadığı üçün kahinlər tez-tələsik Sinedrionu, yəni yəhudi ali məhkəməsini çağırır və başqa bir məhkəmə qururlar. Burada yenidən İsanı Allaha qarşı günah işlətməkdə təqsirkar çıxarırlar.
Sonra kahinlər İsanın əl-qolunu bağlayıb, onu Roma valisi Pilatın yanına gətirirlər. Onlar Pilata deyirlər: ‘İsa dövlətə qarşı çıxır. Onu öldürmək lazımdır’. Lakin Pilat onların yalan danışdığını başa düşür. Buna görə də deyir: ‘Mən onda səhv bir şey görmürəm. Onu buraxıram’. Amma kahinlər və digər insanlar qışqırırlar: ‘Yox! Onu öldür!’
Bir qədər sonra Pilat yenə də camaata İsanı azad edəcəyini deməyə çalışır. Ancaq kahinlər xalqı qızışdırırlar. Onlar da: ‘Əgər onu buraxsan, onda deməli sən də dövlətə qarşı çıxırsan! Onu öldür!’ — deyə qışqırırlar. Camaat hay-küy salmağa başlayır. Bilirsən, Pilat nə edir? ~
O təslim olur. Əvvəlcə o, İsanı qamçılatdırır, sonra isə onu öldürmək üçün əsgərlərə verir. Onlar İsanın başına tikandan düzəldilmiş
çələng qoyurlar və qarşısında baş əyərək onu ələ salmağa başlayırlar. Sonra onlar İsaya böyük dirək verirlər və şəhərdən kənarda «Kəllə yeri» deyilən yerə aparırlar. Orada onlar İsanın əllərini və ayaqlarını dirəyə mismarlayırlar. Nəhayətdə, onlar İsanın asılaraq öldürülməsi üçün dirəyi yuxarı qaldırırlar. İsa qan içindədir. Onun ağrıları dözülməzdir.İsa dərhal ölmədi. O, hələ də dirəkdə asılı qalmışdı. Başçı kahinlər onu ələ salırdılar. Yoldan keçənlər isə deyirdilər: ‘Əgər Allahın Oğlusansa, özünü xilas et və dirəkdən düş!’ Amma İsa yaxşı bilirdi ki, Atası Onu hansı iş üçün göndərib. O başa düşürdü ki, bizim əbədi yaşaya bilməyimiz Matta 26:36—27:50; Mark 15:1; Luka 22:39—23:46; Yəhya 18:1—19:30).
üçün o, öz kamil həyatını qurban verməlidir. Nəticədə, günorta, təxminən saat üçdə İsa Atasına fəryad edib öldü (İsa Adəmdən necə də fərqlənirdi! Adəm Allahı sevdiyini göstərmədi. O, Allahın sözündən çıxdı. Adəm heç bizi də sevdiyini göstərmədi. O günah işlətdiyindən indi hamımız günahlı doğuluruq. Lakin İsa həm Allahı, həm də bizi sevdiyini göstərdi. O, həmişə Allahın sözünə qulaq asırdı. Bütün bunlardan savayı, İsa Adəmin bizə vurduğu zərəri aradan qaldırmaq üçün öz canını qurban verdi.
İsanın etdiyi bu yaxşılığa görə ona minnətdarsan? ~ Allaha dua edəndə Oğlunu bizə verdiyinə görə Ona təşəkkür edirsən? ~ Ona etdiyi yaxşılığa görə həvari Pavel Məsihə minnətdar idi. Pavel yazmışdı ki, Allahın Oğlu ‘onu sevib, uğrunda Özünü fəda etdi’ (Qalatiyalılara 2:20). İsa sənə və mənə görə də ölüb. O, öz kamil həyatını qurban verib ki, biz əbədi yaşaya bilək! Sözsüz ki, İsanı sevmək üçün bu, tutarlı səbəbdir.
Həvari Pavel Korinf şəhərindəki məsihçilərə yazmışdı: ‘Məsihin məhəbbəti bizi hərəkətə təşviq edir’. Bəs necə fikirləşirsən, bu məhəbbət bizi hansı hərəkətə təşviq edir? ~ Gör Pavel nə deyir: ‘Məsih hər kəs üçün öldü ki, onlar Onun üçün yaşasınlar. 2 Korinflilərə 5:14, 15).
Onlar öz kefləri üçün yaşamamalıdırlar’ (Məsihin xoşuna gələn tərzdə yaşadığını necə göstərə bilərsən? ~ Məsələn, onun haqqında öyrəndiklərini başqalarına danışa bilərsən. Yaxud gəl belə danışaq: tutaq ki, evdə təksən. Nə ata-anan, nə də başqa adam sənin nə etdiyini görmür. Sən televizorda və ya İnternetdə İsanın xoşuna gəlməyən şeylərə baxacaqsan? ~ Yadında saxla, İsa indi sağdır və o, bizim etdiyimiz hər bir şeyi görür.
Məsihi sevməyimizin digər səbəbi isə odur ki, biz Yehovaya oxşamaq istəyirik. İsa demişdi: ‘Ata məni sevir’. Bilirsən, nəyə görə Allah İsanı sevir? Bəs biz İsanı niyə sevməliyik? ~ Çünki İsa Allahın iradəsini yerinə yetirmək üçün hətta ölməyə də hazır idi (Yəhya 10:17). Buna görə gəl Müqəddəs Kitabda deyilən bu sözlərə əməl edək: «Sevimli övladlar kimi, Allahı təqlid edin. Və Məsih bizi sevib, Özünü bizim üçün Allaha xoş ətirli bir sovqat və qurban olaraq fəda etdiyi kimi, siz də məhəbbətlə hərəkət edin» (Efeslilərə 5:1, 2).
İsaya və onun bizim üçün etdiklərinə görə minnətdarlığımızı artırmaq üçün gəl Yəhya 3:35; 15:9, 10 və 1 Yəhya 5:11, 12 ayələrini oxuyaq.