Kontentə keç

Mündəricatı göstər


Bu dərslərdən tam yararlanmaq üçün nə edə bilərsiniz?

Bu dərslərdən tam yararlanmaq üçün nə edə bilərsiniz?

Yehovanın Şahidləri sizə kömək edə bilər: Bu broşürü aldığınız adamdan sizə dərs keçməsini xahiş edin və ya jw.org saytındakı blankı doldurun.

BİRİNCİ HİSSƏ

Abzasları, qalın şriftlə yazılmış sualları (A), həmçinin göstərilmiş ayələri (B) oxuyun. Ayələrdə əsas fikirlər vurğulanıb. Diqqət yetirin ki, bəzi ayələrin qarşısında «oxuyun» sözü yazılıb.

İKİNCİ HİSSƏ

Bu hissə «Dərinliyə varın» (C) adlanır. Bu ad ikinci hissə barədə təsəvvür yaradır. Buradakı yarımbaşlıqlarda (Ç) əsas fikirlər vurğulanır. Ayələri oxuyun, suallara cavab verin və videolara baxın (D).

Şəkillərə və altındakı yazılara (E) diqqət yetirin. Düşünün görün «Bəzi insanlar deyir» (Ə) çərçivəsindəki fikrə necə cavab verərdiniz.

SONUNCU HİSSƏ

«İcmal» və «Təkrar» (F) dərsin yekun hissəsidir. Dərsin bitdiyi tarixi qeyd edin. «Məqsəd» (G) yarımbaşlığında üzərində işləmək üçün təklif yer alır. «Əlavə məlumat» (Ğ) yarımbaşlığında oxumaq və ya baxmaq üçün əlavə materiallar yerləşir.

Müqəddəs Kitabdan ayələri necə tapa bilərsiniz?

Əvvəlcə Müqəddəs Kitab bölməsinin adı (A), sonra fəsil (B)ayə(lər) (C) gəlir. Məsələn, Vəhy 21:4 yazılanda «Vəhy» bölməsinin 21-ci fəslinin 4-cü ayəsi nəzərdə tutulur.