Kontentə keç

Mündəricatı göstər

DƏRS 11

Müqəddəs Kitabı oxumaqdan zövq alın

Müqəddəs Kitabı oxumaqdan zövq alın

Ola bilsin, nə vaxtsa böyük bir işə başlamaq istəmisiniz, amma ürək etməmisiniz, sizə çətin gəlib. Ancaq böyük işi hissə-hissə edəndə iş adama asan gəlir. Müqəddəs Kitabı da eyni üsulla oxumaq olar. Ola bilsin, sizdə sual yaranır: «Nədən başlayım?» Bu dərsdə bir neçə sadə üsulu nəzərdən keçirəcəyik. Bunların sayəsində Müqəddəs Kitabı oxumaq və öyrənmək sizə zövq verəcək.

1. Nəyə görə Müqəddəs Kitabı müntəzəm oxumaq lazımdır?

Müqəddəs Kitabı müntəzəm oxuyan, yəni «Yehovanın qanunundan» həzz alan adam həm xoşbəxt olar, həm də hər işində uğur qazanar. (Zəbur 1:1—3 ayələrini oxuyun.) Əvvəl-əvvəl çalışın oxumağa hər gün bir neçə dəqiqə vaxt ayırasınız. Allahın Kəlamı ilə tanış olduqca oxumağa həvəsiniz də artacaq.

2. Mütaliənin səmərəli olması üçün nə etməlisiniz?

Müqəddəs Kitabdan fayda əldə etmək üçün mütaliə zamanı ayaq saxlayıb oxuduqlarımız barədə düşünməliyik. Bu məsləhəti Müqəddəs Kitab bizə verir. Orada yazılıb: «Onların üzərində düşün» (Yuşə 1:8, haşiyə). Oxuyarkən özünüzə belə suallar verin: «Buradan Yehova Allah barədə nə öyrənirəm? Öyrəndiklərimə necə əməl edə bilərəm? Bu ayələrin vasitəsilə başqalarına necə kömək edə bilərəm?»

3. Müqəddəs Kitabı günün hansı saatında oxumaq olar?

Müqəddəs Kitabı oxumağa vaxt tapmırsınız? Çoxları üçün vaxt problemdir. Çalışın «vaxtınızın qədrini bilin» (Efeslilərə 5:16). Məsələn, konkret vaxt təyin edin ki, Müqəddəs Kitabı hər gün oxuya biləsiniz. Kimlərsə Müqəddəs Kitabı səhər tezdən oxuyur. Kimlərəsə günorta, məsələn, nahar fasiləsində oxumaq əl verir. Bir başqaları isə axşam, yatmazdan əvvəl Müqəddəs Kitabı oxuyur. Bəs sizin üçün günün hansı saatı əlverişlidir?

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün Müqəddəs Kitabı oxumağı necə maraqlı etmək olar və Müqəddəs Kitab dərsinə necə hazırlaşa bilərsiniz.

Öyrəşmədiyimiz yeməklər tədricən xoşumuza gəldiyi kimi, Müqəddəs Kitabı oxumağa həvəsimiz də tədricən yarana bilər

4. Müqəddəs Kitabı oxumaqdan həzz alın

Ola bilsin, Müqəddəs Kitabı oxumağa başlamaq asan deyil. Amma özümüzdə Müqəddəs Kitaba iştaha oyada bilərik. Bəzən heç vaxt yemədiyimiz yeməyin dadına baxandan sonra ondan xoşumuz gəlir. Müqəddəs Kitabı oxumağı da buna bənzətmək olar. 1 Butrus 2:2 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Sizcə, Müqəddəs Kitabı hər gün oxusanız, bu kitabı oxumağa həvəsiniz yaranar?

VİDEOYA baxın. Görün bəzi insanlarda Müqəddəs Kitabı oxumağa necə həvəs yaranıb. Sonra növbəti sualları müzakirə edin:

  • Videodakı gənclər hansı çətinlikləri aşıblar?

  • Müqəddəs Kitabı hər gün oxumağa onlara nə kömək etdi?

  • Onlar Müqəddəs Kitabın mütaliəsini maraqlı etmək üçün nə edirdilər?

Necə başlamaq olar?

  • Müqəddəs Kitabın dəqiq, müasir tərcüməsini seçin. Əgər sizin dildə varsa, Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» versiyasını oxuyun.

  • Əvvəlcə, sizə maraqlı gələn hissələri oxuyun. «Müqəddəs Kitabı oxumağa başlayın» cədvəli sizə ideya verə bilər.

  • Oxuduğunuz yerləri işarələyin. Bu nəşrdəki «Müqəddəs Kitabın mütaliəsi» cədvəlindən istifadə edin.

  • «JW Library®» tətbiqindən istifadə edin. Bu tətbiqi telefona və ya başqa cihaza yükləyərək Müqəddəs Kitabı hər yerdə və bir çox dillərdə oxuya, yaxud dinləyə bilərsiniz.

  • «Yeni Dünya Tərcüməsi»ndəki əlavələrdən istifadə edin. Oradakı xəritələrin, cədvəllərin və lüğətin köməyilə mütaliənizi maraqlı edə bilərsiniz.

5. Müqəddəs Kitab dərsinə hazırlaşın

Zəbur 119:34 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Nəyə görə Müqəddəs Kitabı oxumazdan və ya Müqəddəs Kitab dərsinə hazırlaşmazdan əvvəl dua etmək yaxşı olardı?

Hər dərsdən tam fayda əldə etmək üçün nə edə bilərsiniz? Bir dəfə dərsə hazırlaşarkən növbəti üsullardan istifadə edin:

  1. «Dərinliyə varın» yarımbaşlığına qədər olan abzasları oxuyun.

  2. Ayələri açıb oxuyun, onların mövzu ilə əlaqəsini anlamağa çalışın.

  3. Suallara cavab verən əsas sözləri və ifadələri xətləyin; bu sizə dərsi müəllimlə müzakirə etməyə kömək edəcək.

Bilirsiniz?

Yehovanın Şahidləri Müqəddəs Kitabın bir neçə tərcüməsindən istifadə edir. Amma ən çox «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» versiyasına üstünlük verir. Çünki bu, dəqiq və aydın tərcümədir, həmçinin burada Allahın adı yazılıb. («Yehovanın Şahidlərinin öz Müqəddəs Kitabı var?» adlı internet məqaləsinə baxın.)

BƏZİ İNSANLAR DEYİR: «Müqəddəs Kitab çox qəlizdir. Onu öyrənməyə nə vaxtım var, nə də səbrim».

  • Siz bu haqda nə düşünürsünüz?

İCMAL

Müqəddəs Kitabdan fayda əldə etmək üçün onu oxumağa vaxt ayırın, oxuduğunuzu başa düşmək üçün dua edin və Müqəddəs Kitab dərslərinə hazırlaşın.

Təkrar

  • Müqəddəs Kitabdan necə fayda əldə edə bilərsiniz?

  • Müqəddəs Kitabı oxumağa və öyrənməyə günün hansı saatında vaxt ayıra bilərsiniz?

  • Nəyə görə Müqəddəs Kitab dərslərinə qabaqcadan hazırlaşmaq yaxşı olar?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Müqəddəs Kitabdan fayda əldə etməyin bəzi üsulları barədə öyrənin.

«Müqəddəs Kitabı oxumağın hansı faydası var?» («Gözətçi qülləsi» № 1, 2017)

Müqəddəs Kitabı uzun müddətdir oxuyan insanların verdiyi məsləhətlərlə tanış olun.

«Səmərəli fərdi mütaliə» (2:06)