Kontentə keç

Mündəricatı göstər

Təkrar: Bölmə 1

Təkrar: Bölmə 1

Müəllimlə müzakirə:

  1. Müqəddəs Kitabın gələcəklə bağlı hansı vədləri sizin daha çox xoşunuza gəlir və nə üçün?

    (Baxın: Dərs 02)

  2. Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna nəyə görə inanırsınız?

    (Baxın: Dərs 03 05)

  3. «Yehova» adını çəkmək nəyə görə vacibdir?

    (Baxın: Dərs 04)

  4. Müqəddəs Kitaba əsasən, Allah «həyat mənbəyi»dir (Zəbur 36:9). Buna inanırsınız?

    (Baxın: Dərs 06)

  5. Məsəllər 3:32 ayəsini oxuyun.

    • Nəyə görə Yehova ən yaxşı Dostdur?

    • Yehova dostlarına nə buyurur? Sizcə, bu, düzgün deyil?

      (Baxın: Dərs 07 08)

  6. Zəbur 62:8 ayəsini oxuyun.

    • Yehovaya nələr barədə dua etmisiniz? Başqa nə barədə dua edə bilərsiniz?

    • Yehova dualara necə cavab verir?

      (Baxın: Dərs 09)

  7. İbranilərə 10:24, 25 ayələrini oxuyun.

    • İbadət görüşlərinin sizə hansı faydası var?

    • Sizcə, çətin olsa da, bu görüşlərə gəlməyə dəyər?

      (Baxın: Dərs 10)

  8. Nəyə görə Müqəddəs Kitabı müntəzəm oxumaq lazımdır? Bəs siz günün hansı saatında oxuyursunuz?

    (Baxın: Dərs 11)

  9. Müqəddəs Kitab dərslərində ən çox nə xoşunuza gəlir?

  10. Müqəddəs Kitabı öyrənəndən bəri hansı çətinlikləriniz olub? Dərslərə davam etməyə sizə nə kömək edə bilər?

    (Baxın: Dərs 12)