DƏRS 27
İsa Məsihin ölümü xilasa necə yol açdı?
Adəmlə Həvva Allahın itaətindən çıxdığı üçün biz günah işləyir, əzab-əziyyət çəkir və ölürük a. Amma vəziyyət ümidsiz deyil. Yehova Allah bizi günah və ölümdən xilas etmək üçün tədbir gördü: İsa Məsihi yer üzünə göndərdi ki, uğrumuzda həyatını qurban versin. Müqəddəs Kitabda deyilir ki, İsanın ölümü ilə fidyə əldə olundu. Fidyə kimisə azad etmək üçün ödənilən dəyərdir. İsanın ödədiyi dəyər onun kamil insan həyatı idi. (Mətta 20:28 ayəsini oxuyun.) İsa könüllü surətdə yer üzündə əbədi yaşamaq hüququndan imtina etdi. Bunun sayəsində biz Adəmlə Həvvanın itirdiyi hər şeyi yenidən əldə edə bilərik. Fidyə həmçinin İsanın və Yehovanın bizi nə qədər çox sevdiyini göstərir. Bu dərs sizə İsa Məsihin ölümünün mahiyyətini dərindən başa düşməyə kömək edəcək.
1. İsa Məsihin ölümü sayəsində bu gün nə əldə edirik?
Günahlı olduğumuz üçün Yehovanın qarşısında çoxlu səhvlər edirik. Bununla belə, biz Allahla dost ola bilərik. Bir şərtlə ki, günahlarımıza görə ürəkdən tövbə edək, Yehovadan İsa Məsih vasitəsilə bizi bağışlamasını diləyək və həmin günahları bir daha təkrarlamamaq üçün var gücümüzlə çalışaq (1 Yəhya 2:1). Müqəddəs Kitabda deyilir: «Saleh insan olan Məsih də qeyri-salehlərin uğrunda günahlardan ötrü bir dəfə öldü ki, sizi Allaha yaxınlaşdırsın» (1 Butrus 3:18).
2. İsa Məsihin ölümü sayəsində gələcəkdə nə əldə edəcəyik?
Yehova İsa Məsihi göndərdi ki, kamil insan həyatını qurban versin. «Bunu ona görə etdi ki, ona [İsaya] iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəhya 3:16). İsanın bu fədakarlığı sayəsində Yehova Adəmin itaətsizliyi ucbatından bəşəriyyətə dəymiş bütün zərəri tezliklə aradan qaldıracaq. Bu o deməkdir ki, İsa Məsihin qurbanlığına iman etsək, yer üzü cənnətdə əbədiyyən xoşbəxt yaşayacağıq! (Əşiya 65:21—23).
D Ə R İ N L İ Y Ə V A R I N
İsa Məsihin öz həyatını nəyə görə qurban verdiyi barədə ətraflı öyrənin və görün bu sizin üçün hansı əhəmiyyəti kəsb edir.
3. İsa Məsihin ölümü bizi günah və ölümdən azad edir
VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
-
Allaha itaətsizlik etməklə Adəm hansı imkanı itirdi?
Romalılara 5:12 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
-
Adəmin günahının sizin həyatınıza hansı təsiri var?
Yəhya 3:16 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
-
Yehova Oğlunu yer üzünə nəyə görə göndərdi?
-
Adəm kamil insan idi. O, Allahın itaətindən çıxdı, beləcə, bəşəriyyəti günah və ölümə düçar etdi
-
İsa Məsih kamil insan idi. O, Allaha itaət etdi, beləcə, insanların kamilliyə və əbədi həyata qovuşmasına yol açdı
4. İsa Məsihin ölümü bütün bəşəriyyətə fayda gətirir
VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
-
Necə ola bilər ki, bir nəfərin ölümü bütün bəşəriyyətə fayda versin?
1 Timutiyə 2:5, 6 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
-
Adəm kamil insan idi. O, bəşəriyyəti günah və ölümə düçar etdi. İsa da kamil insan idi. Nəyə görə İsanın ödədiyi fidyə müvafiq fidyə idi və bunun sayəsində nə əldə edildi?
5. Fidyə Yehovanın sizə ənamıdır
Yehovanın dostları fidyəyə şəxsən özlərinə verilmiş bir ənam kimi baxırlar. Qalatiyalılara 2:20 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
-
Nədən görünür ki, Bulus fidyəyə şəxsən ona verilmiş bir ənam kimi baxırdı?
Adəm günah işləyəndə həm o, həm də bütün övladları ölümə məhkum olundu. Ancaq Yehova Oğlunu yer üzünə göndərdi ki, canını qurban versin və bunun sayəsində siz əbədi yaşaya biləsiniz.
Növbəti ayələri oxuyarkən təsəvvür edin, Oğlu əzab çəkəndə Yehova hansı hissləri keçirmişdi. Yəhya 19:1—7, 16—18 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
-
Yehovanın və İsanın sizin üçün etdikləri üzərində düşünəndə hansı hissləri keçirirsiniz?
BƏZİ İNSANLAR SORUŞUR: «Necə ola bilər ki, bir nəfərin ölümü bütün bəşəriyyətə həyat versin?»
-
Siz necə cavab verərdiniz?
İCMAL
İsa Məsihin ölümü günahlarımızı bağışlamaq üçün Yehovaya əsas verdi və əbədi xoşbəxt həyata yol açdı.
Təkrar
-
İsa nəyə görə öldü?
-
Nə üçün İsanın ödədiyi fidyə müvafiq fidyə idi və bunun sayəsində nə əldə edildi?
-
İsanın ölümü şəxsən sizin qarşınızda hansı imkanı açır?
Ə L A V Ə M Ə L U M A T
Nəyə görə İsanın kamil insan həyatı fidyə adlanır?
«İsa Məsihin həyatını qurban verməsi “çoxları uğrunda” necə fidyə oldu?» (internet məqaləsi)
Günahdan və ölümdən xilas olmaq üçün nə etməliyik?
«İsa Məsih Xilaskardır. Bu nə deməkdir?» (internet məqaləsi)
Yehova ağır günahları da bağışlayır?
«Müqəddəs Yazılara aid suallara cavab» («Gözətçi qülləsi», 1 may 2013)
Fidyə barədə öyrənmək bir nəfərə həyat tərzini dəyişməyə necə kömək edib?
a Günah sadəcə pis əməl törətmək deyil. O həmçinin bizi pis əmələ sövq edən, daxilimizdə olan meyildir. Biz bu meyli Adəmlə Həvvadan irsən almışıq.