Kontentə keç

Mündəricatı göstər

DƏRS 38

Həyat ənamını qiymətləndirin

Həyat ənamını qiymətləndirin

Həyat gözəl anlarla doludur. Hətta çətin vəziyyətdə belə, həyatda nələrsə insana sevinc gətirir. Həyat ənamını qiymətləndirdiyimizi necə göstərə bilərik? Ən əsası nəyə görə həyatı qiymətləndirməliyik?

1. Həyatı nəyə görə qiymətləndirməliyik?

Həyat bizə səmavi Atamız Yehovadan ənamdır. Buna görə də həyatı qiymətləndirməliyik. Yehova «həyat mənbəyi»dir, yəni həyatı O xəlq edib (Zəbur 36:9). «O... hamıya həyat, nəfəs — hər şey verir» (Həvarilərin işləri 17:25, 28). Bəli, Yehova bizə yaşamaq üçün hər şey verir. Üstəlik, yaşadığımız həyatdan zövq almaq üçün bizi cürbəcür şeylərlə təmin edir. (Həvarilərin işləri 14:17 ayəsini oxuyun.)

2. Həyat ənamını qiymətləndirdiyimizi Yehovaya necə göstərə bilərik?

İnsan ana bətninə düşəndən Yehova onun qeydinə qalır. Davud peyğəmbər Allaha dua edərkən demişdi: «Gözlərin rüşeymimi görmüşdü» (Zəbur 139:16). Sizin həyatınız Yehova üçün çox dəyərlidir. (Mətta 10:29—31 ayələrini oxuyun.) Kimsə başqasının həyatına, yaxud öz həyatına qəsd edəndə bu, Allaha çox ağır gedir a (Çıxış 20:13). Həmçinin öz həyatımızı lazımsız yerə təhlükəyə atanda, yaxud başqalarının həyatını qorumaq üçün tədbir görməyəndə Yehova kədərlənir. Biz öz həyatımızı qoruyanda və başqalarının həyatına hörmət edəndə möhtəşəm həyat ənamını qiymətləndirdiyimizi göstəririk.

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün həyat ənamını qiymətləndirdiyinizi necə göstərə bilərsiniz.

3. Sağlamlığınızın qeydinə qalın

Məsihilər Yehovaya söz veriblər ki, həmişə Onun iradəsini yerinə yetirəcəklər. Buna görə də onlar həyatlarının hər sahəsini xidmətə həsr edirlər. Onlar bədənlərini sanki qurban kimi Allaha təqdim edirlər. Romalılara 12:1, 2 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Nədən irəli gələrək səhhətinizin qeydinə qalmalısınız?

  • Sağlamlığınızın qeydinə necə qala bilərsiniz?

4. Təhlükəsizliyə ciddi yanaşın

Müqəddəs Kitabda məsləhət görülür ki, özümüzün, yaxud başqalarının sağlamlığına zərər vuran və ya həyatını təhlükəyə atan işlərdən uzaq duraq. VİDEOYA baxın və görün təhlükəsizliyə necə riayət edə bilərsiniz.

Məsəllər 22:3 ayəsini oxuyun və müzakirə edin: Özünüzün və başqalarının təhlükəsizliyi üçün növbəti vəziyyətlərdə nə edə bilərsiniz?

  • Evdə

  • İşdə

  • İdmanla məşğul olarkən

  • Sürücü və ya sərnişin qismində olarkən

5. Ana bətnində olan körpənin həyatına hörmət edin

Davud peyğəmbər bədii dillə təsvir etmişdi ki, ana bətnində olan körpənin həyatı və inkişafı Yehova üçün vacibdir. Zəbur 139:13—17 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Yehovanın gözündə insan həyatı nə zaman başlayır: ana bətninə düşəndə, yoxsa doğulanda?

Yehovanın qədim İsrailə verdiyi qanunlar həm ananı, həm də bətnindəki körpəni qoruyurdu. Çıxış 21:22, 23 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Yehova ana bətnində olan körpənin həyatına təsadüf nəticəsində son qoyan insana necə yanaşırdı?

  • Bəs kimsə bunu qəsdən etsəydi, Yehova buna necə yanaşardı? b

  • Allahın bu məsələyə baxışı barədə siz nə düşünürsünüz?

VİDEOYA baxın.

Hətta həyata hörmət edən qadın da elə vəziyyətə düşə bilər ki, abortu yeganə çıxış yolu kimi görər. Əşiya 41:10 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Əgər qadın abort etdirməyə məcbur olduğunu düşünürsə, kimdən kömək istəməlidir? Nəyə görə?

BƏZİ İNSANLAR DEYİR: «Abort etdirib-etdirməmək hamilə qadının öz işidir».

  • Sizi nə əmin edir ki, həm ananın, həm də bətnindəki körpənin həyatı Yehova üçün dəyərlidir?

İCMAL

Müqəddəs Kitabda deyilir ki, biz Yehovanın bəxş etdiyi həyata hörmət etməli, onu sevməli və qorumalıyıq. Bu həm özümüzün, həm də başqalarının həyatına aiddir.

Təkrar

  • Nəyə görə insan həyatı Yehova üçün dəyərlidir?

  • Kimsə qəsdən insan həyatına son qoysa, Yehova buna necə yanaşar?

  • Siz həyat ənamını nəyə görə qiymətləndirirsiniz?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Bəxş etdiyi həyata görə Yehovaya minnətdarlığımızı necə göstərə bilərik?

«Nəğmə 141. Həyat bir möcüzə» (2:41)

Allah abort etdirmiş qadını bağışlayar?

«Müqəddəs Kitabda abort haqda nə deyilir?» (internet məqaləsi)

Allahın həyata baxışı əyləncə seçimimizə necə təsir etməlidir?

«Ekstremal idman növləri. Həyatınızı riskə atmağa dəyər?» («Oyanın!», 8 oktyabr 2000)

İntihar düşüncələri ilə mübarizə aparan insana Müqəddəs Kitab necə kömək edə bilər?

«Ölmək istəyirəm. Bu hisslərlə mübarizədə Müqəddəs Kitab mənə kömək edə bilər?» (internet məqaləsi)

a Yehova qəlbisınıqların halına acıyır (Zəbur 34:18). O başa düşür ki, şiddətli əzablar ucbatından insan intihar etmək fikrinə düşə bilər. Yehova belə insanlara kömək etmək istəyir. İnsan Allahın köməyi ilə bu fikirləri dəf edə bilər. Bu dərsin «Əlavə məlumat» hissəsindəki «Ölmək istəyirəm. Bu hisslərlə mübarizədə Müqəddəs Kitab mənə kömək edə bilər?» adlı məqalədən bu barədə oxuya bilərsiniz.

b Kimsə əvvəllər abort etdiribsə, daima vicdan əzabı çəkməsinə gərək yoxdur. O, Yehovanın əfvini qazana bilər. Ətraflı məlumat üçün bu dərsin «Əlavə məlumat» hissəsindəki «Müqəddəs Kitabda abort haqda nə deyilir?» adlı məqaləyə baxın.