Kontentə keç

Mündəricatı göstər

DƏRS 58

Yehovaya sadiq qalın

Yehovaya sadiq qalın

Əsl məsihilər yol vermirlər ki, kimsə, yaxud nəsə onların Yehovaya ibadət etməsinə mane olsun. Şübhəsiz, siz də buna əzmlisiniz. Yehova sizin sədaqətinizi qiymətləndirir. (1 Salnamələr 28:9 ayəsini oxuyun.) Bəs hansı vəziyyətlərdə Allaha sadiq qalmaq çətin ola bilər və bu çətinlikləri aşmağa nə kömək edə bilər?

1. Kimlər sizi Yehovanın yolundan döndərməyə çalışa bilər?

Bəzi insanlar bizi Yehovanın yolundan döndərmək istəyir. Bunlar kimlərdir? Bu insanların sırasına dönüklər daxildir. Onlar həqiqət yolundan dönüblər və Allahın təşkilatı haqqında yalanlar yayırlar. Dönüklərin məqsədi bizim imanımızı sarsıtmaqdır. Həmçinin bəzi din xadimləri bizim haqqımızda yalan məlumatlar yayırlar ki, ayıq-sayıqlığı qorumayanları bu yoldan döndərsinlər. Yehovanın təşkilatına qarşı çıxan insanlarla mübahisə etmək, onların kitablarını, yaxud bloqlarını oxumaq, internet səhifələrinə daxil olmaq, videolarına baxmaq təhlükəlidir. Yehovaya xidmət edənləri həqiqətdən döndərməyə çalışan insanlar barədə İsa Məsih demişdi: «Onlar kor bələdçidirlər. Əgər kor kora bələdçilik edərsə, ikisi də quyuya düşər» (Mətta 15:14).

2. Qərarlarımızdan Yehovaya sadiq olub-olmadığımız necə görünür?

Yehovanı seviriksə, yalan dinlə bütün əlaqəni kəsməliyik. Nə işimizin, nə aid olduğumuz təşkilatların, nə də hansısa bir məşğuliyyətimizin yalan dinlə əlaqəsi olmamalıdır. Yehova bizə buyurur: «Ey xalqım, ondan [Böyük Babildən] çıxın» (Vəhy 18:2, 4).

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün kiminsə Yehovaya sədaqətinizi sarsıtmaması üçün nə edə bilərsiniz, həmçinin Böyük Babillə əlaqəni tamamilə necə kəsə bilərsiniz.

3. Yalançı müəllimlərdən özünüzü gözləyin

Yehovanın təşkilatı barədə xoşagəlməz sözlər eşidəndə nə etməliyik? Məsəllər 14:15 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Nəyə görə eşitdiyimiz hər sözə inanmamalıyıq?

2 Yəhya 9—11 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Dönüklərə qarşı hansı mövqeni tutmalıyıq?

  • Dönüklərlə bilavasitə ünsiyyət etməsək də, necə ola bilər ki, onların ideyalarının təsiri altına düşək?

  • Yehova barədə, yaxud Onun təşkilatı barədə xoşagəlməz sözlərə qulaq assaq, bu, Yehovaya necə təsir edər?

4. Dindaşınız günah edəndə Allaha sadiq qalın

Yığıncaqdakı dindaşımızın günah etdiyindən xəbərimiz varsa, üzərimizə hansı məsuliyyət düşür? Gəlin Tövratdakı bir prinsipə nəzər salaq. Lavililər 5:1 ayəsini oxuyun.

Bu ayədən gördüyümüz kimi, əgər kiminsə ciddi günah etdiyini biliriksə, bunu ağsaqqallara deməliyik. Ancaq əvvəlcə yaxşı olar ki, həmin adamın özünü ağsaqqallara yaxınlaşıb, günahını etiraf etməyə təşviq edək. Əgər o bunu etməzsə, onda Yehovaya sədaqətdən irəli gələrək, özümüz ağsaqqala hər şeyi danışmalıyıq. Bundan...

  • Yehova Allahı sevdiyimiz necə görünür?

  • günah edən kəsi sevdiyimiz necə görünür?

  • yığıncaqdakı digər dindaşlarımızı sevdiyimiz necə görünür?

Dindaşınız dardadırsa, ona kömək əli uzadın

5. Böyük Babildən uzaq durun

Luka 4:8 Vəhy 18:4, 5 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • Mən hələ də yalan dinlə bağlı ayinlərdə iştirak edirəm?

  • Başqa dinlə əlaqəsi olan təşkilata məxsusam?

  • İşim yalan dini necəsə dəstəkləyir?

  • Həyatımın hansısa sahəsi yalan dinlə əlaqəlidir?

  • Əgər bu suallardan hansınasa müsbət cavab verdimsə, o zaman nələri dəyişməliyəm?

Hər məsələdə elə qərar verin ki, vicdanınız təmiz olsun və Yehovaya sadiq olduğunuz görünsün.

Sizdən dini xeyriyyə işlərinə ianə etməyinizi xahiş etsələr, nə edərsiniz?

BƏZİ İNSANLAR DEYİR: «Gərək dönüklərin Yehovanın Şahidləri barədə nə dediyindən xəbərim olsun ki, həqiqəti müdafiə edə bilim».

  • Sizcə, bu, ağıllı fikirdir? Nəyə görə belə düşünürsünüz?

İCMAL

Yehovaya sadiq qalmaq istəyiriksə, bizi həqiqət yolundan döndərməyə çalışanlarla oturub-durmamalıyıq.

Təkrar

  • Nəyə görə dönüklərin fikirlərini dinləməməliyik?

  • Dindaşımızın ciddi günaha yol verdiyini biləndə nə etməliyik?

  • Yalan dindən uzaq durmaq əmrinə necə riayət edə bilərik?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Yehovanın Şahidləri haqda yalan məlumat yayılanda nə etməliyik?

«Bütün faktları bilirsiniz?» («Gözətçi qülləsi», avqust 2018)

Böyük Babili dəstəkləyən təşkilatları və ya fəaliyyət növlərini necə müəyyən etmək olar?

«Axırzamanın axırında Rəbbin işində çox çalışın» («Gözətçi qülləsi», oktyabr 2019, abzas 16—18)

Bəzi insanlar imanımızı zəiflətmək üçün nə edirlər?

«Özünüzü yalanlardan qoruyun» (9:32)

«Uşaqlıqdan Allahı axtarırdım» adlı məqaləni oxuyun və görün bir keşiş yalan dinlə əlaqəsini necə kəsdi.

«Müqəddəs Kitab həyatları dəyişir» («Gözətçi qülləsi», 1 iyul 2011)