Kontentə keç

Mündəricatı göstər

Bağışlamaq

Bağışlamaq

Yehova ürəkdən bağışlayır?

Zb 86:5; Dn 9:9; Mi 7:18

Həmçinin baxın: 2Bt 3:9

  • Müqəddəs Kitab əhvalatı:

    • Zb 78:40, 41; 106:36—46. Xalqı Yehovanı dəfələrlə kədərləndirsə də, O onları hər dəfə bağışlayırdı

    • Lk 15:11—32. İsa Yehovanın bağışlayan olduğunu göstərmək üçün pis əməllərə yol verib sonradan peşman olan oğlunu bağışlayan atanı nümunə çəkmişdi

Yehova günahları nəyin əsasında bağışlayır?

Yh 1:29; Ef 1:7; 1Yh 2:1, 2

  • Müqəddəs Kitab əhvalatı:

    • İb 9:22—28. Həvari Bulus Məsihin tökülən qanının günahların əfvi üçün yeganə vasitə olduğunu izah etmişdi

    • Vh 7:9, 10, 14, 15. Həvari Yəhya görüntüdə «böyük izdiham»ı görmüşdü. Onlar Məsihin qanı sayəsində təmizlənib Allahın taxtı önündə dayanmışdılar

Yehovanın bizi bağışlamasını istəyiriksə, başqaları bizə qarşı səhv edəndə nə etməliyik?

Mt 6:14, 15; Mr 11:25; Lk 17:3, 4; Yq 2:13

  • Müqəddəs Kitab əhvalatı:

    • Əy 42:7—10. Yehova Əyyubu əzablardan qurtarmazdan, əvvəlki firavanlığını və sağlamlığını qaytarmazdan əvvəl ona buyurmuşdu ki, yanlış yolda olan üç dostundan ötrü dua etsin

    • Mt 18:21—35. İsa məsəl çəkib göstərdi ki, Yehovanın bizi bağışlamasını istəyiriksə, biz də başqalarını bağışlamalıyıq

Etiraf etmək və ürəkdən tövbə etmək nə dərəcədə vacibdir?

Hv 3:19; 26:20; 1Yh 1:8—10

  • Müqəddəs Kitab əhvalatı:

    • Zb 32:1—5; 51:1, 2, 16, 17. Etdiyi ciddi günahlara görə Davud padşah dərin kədərə qərq oldu və ürəkdən tövbə etdi

    • Yq 5:14—16. Yaqub izah etdi ki, ciddi günaha yol vermişiksə, bunu ağsaqqallara etiraf etməliyik

Yehovanın bizi bağışlamasını istəyiriksə, hansı dəyişiklikləri etməliyik?

Ms 28:13; Əş 55:7; Ef 4:28

  • Müqəddəs Kitab əhvalatı:

    • 1Pd 21:27—29; 2Sm 18:18—22, 33, 34; 19:1, 2. Əhəb padşaha hökm çıxarılanda o özünü aşağı tutdu və Yehova ona mərhəmət göstərdi; lakin ürəkdən tövbə etmədiyi üçün Yehova onu şər adam kimi ölümə düçar etdi

    • 2Sm 33:1—16. Mənəssə padşah çox pis işlər görmüşdü; lakin o tövbə edəndə Yehova onu bağışladı. Mənəssə ölkədə bütpərəstliyə son qoymaqla, pak ibadəti bərpa etməklə həqiqətən dəyişdiyini göstərdi

Yehova tövbə edən günahkarları tamamilə bağışlayır?

Zb 103:10—14; Əş 1:18; 38:17; Ər 31:34; Mi 7:19

  • Müqəddəs Kitab əhvalatı:

    • 2İş 12:13; 24:1; 1Pd 9:4, 5. Davud çox ciddi günahlara yol verdi, amma tövbə edəndə Yehova onu bağışladı və sonralar onu saleh insan adlandırdı

İsa Yehovanın bağışlamağa hazır olduğunu öz əməlləri ilə necə göstərmişdi?

Zb 86:5; Lk 23:33, 34

  • Müqəddəs Kitab əhvalatı:

    • Mt 26:36, 40, 41. İsa Məsihin dəstəyə ən çox ehtiyac duyduğu anda ən yaxın dostları yuxuya getmişdi; şübhəsiz, İsa onların güclərinin məhdud olduğunu anlayırdı

    • Mt 26:69—75; Lk 24:33, 34; Hv 2:37—41. Butrus üç dəfə İsanı dandı, amma İsa tövbə etmiş həvarisini bağışladı; dirildikdən sonra təklikdə ona göründü və yığıncaqda ona xüsusi tapşırıq həvalə etdi

Haradan bilirik ki, Yehova hər adamı bağışlamır?

Mt 12:31; İb 10:26, 27; 1Yh 5:16, 17

  • Müqəddəs Kitab əhvalatı:

    • Mt 23:29—33. İsa mirzələri və fərisiləri Hinnom vadisinə düşüb, birdəfəlik məhv olacaqları barədə xəbərdar etdi

    • Yh 17:12; Mr 14:21. İsa Yəhuda İskəryutu «həlak oğlu» adlandırdı və dedi ki, bu satqın dünyaya heç gəlməsəydi, onun üçün daha yaxşı olardı

Başqalarını bağışlamağa bizə nə kömək edə bilər?