Kontentə keç

Mündəricatı göstər

Dinlər

Dinlər

Bütün dindar insanlar eyni Allaha ibadət edir?

Bir-birinə zidd təlimlər aşılayan dinlərin hamısı Yehovaya məqbuldur?

Mt 7:13, 14; Yh 17:3; Ef 4:4—6

  • Müqəddəs Kitab əhvalatı:

    • Yş 24:15. Yuşə aydın şəkildə bildirmişdi ki, Yehovaya ibadətlə saxta allahlara ibadət arasında seçim etmək lazımdır

    • 1Pd 18:19—40. Yehova İlyas peyğəmbər vasitəsilə bildirmişdi ki, həqiqi Allaha ibadət edənlər digər saxta allahlara, məsələn, Baala ibadət etməməlidirlər

Yehova saxta allahlara və onlara ibadətə necə yanaşır?

Yehova dildə Ona ibadət etdiyini deyən, amma əməlləri buna zidd olan kəslərin ibadətinə necə yanaşır?

Əş 1:13—15; 1Kr 10:20—22; 2Kr 6:14, 15, 17

  • Müqəddəs Kitab əhvalatı:

    • Çx 32:1—10. Harun xalqın təkidi ilə qızıl dana düzəltdi və «Yehovaya həsr olunmuş» bayram təsis etdi; bununla da Onu qəzəbləndirdi

    • 1Pd 12:26—30. Ərubam padşah xalqın Yerusəlimdəki məbədə getməməsi üçün bütlər düzəltdirdi və onlara səcdə etməyi Yehovaya ibadət kimi qələmə verdi, beləcə, xalqı günaha sürüklədi

Yehova saxta allahlara ibadət edənlərlə münasibət haqda israillilərə hansı göstərişi vermişdi?

Xalqı digər dinlərin ayinlərini icra edəndə Yehova buna necə yanaşdı?

Hk 10:6, 7; Zb 106:35—40; Ər 44:2, 3

  • Müqəddəs Kitab əhvalatı:

    • 1Pd 11:1—9. Yadelli arvadları Süleyman padşahı yoldan çıxartdı, o, bütlərə ibadət edərək Yehovanı kədərləndirdi

    • Zb 78:40, 41, 55—62. Asəf israillilərin üsyankarlıq və bütpərəstlik edərək Yehovanı kədərləndirməsindən və nəticədə, Onun xalqını rədd etməsindən bəhs etmişdi

İsa Məsih Allahın Kəlamına zidd gedən dini təlimləri dəstəkləyirdi?

  • Müqəddəs Kitab əhvalatı:

    • Mt 16:6, 12. İsa fərisilərin və saddukilərin təlimlərini mayaya bənzətmişdi, yəni onların saxta təlimləri tez bir vaxta yayılaraq Allahın Kəlamındakı saf həqiqətləri təhrif edirdi

    • Mt 23:5—7, 23—33. İsa fərisiləri və mirzələri ikiüzlü əməllərinə və öyrətdikləri yalan təlimlərə görə mühakimə etdi

    • Mr 7:5—9. İsa mirzələrin və fərisilərin insan adət-ənənələrini Allahın Kəlamından üstün tutduqlarını ifşa etdi

İsa davamçılarını ayrı-ayrı dinlərə bölünməyə təşviq etmişdi?

  • Müqəddəs Kitab əhvalatı:

    • Yh 15:4, 5. İsa şagirdlərinin onunla və dindaşları ilə vəhdətdə olmalı olduqlarını təsvir etmək üçün meynə məsəlini çəkdi

    • Yh 17:1, 6, 11, 20—23. Ölümündən əvvəl həvariləri ilə keçirdiyi sonuncu gecədə İsa dua etmişdi ki, həqiqi davamçıları arasında birlik hökm sürsün

Birinci əsrdəki müxtəlif məsihi yığıncaqları Yehovaya eyni şəkildə və eyni təlimlər əsasında ibadət edirdi?

Hv 16:4, 5; Rm 12:4, 5

  • Müqəddəs Kitab əhvalatı:

    • Hv 11:20—23, 25, 26. Antakyadakı və Yerusəlimdəki yığıncaqlar arasında möhkəm birlik və əməkdaşlıq var idi

    • Rm 15:25, 26; 2Kr 8:1—7. Birinci əsrdəki yığıncaqlar ehtiyacı olanlara əl tutmaqla aralarındakı birliyin məhəbbətə əsaslandığını göstərirdilər

İsa Məsihə iman gətirdiyini deyən bütün dinlər Allaha məqbuldur?

İsa Məsihin və həvarilərinin öyrətdiyi təlimlərə əməl etməyən dindarların ibadəti məqbul sayılır?

Hv 20:29, 30; 1Tm 4:1—3

  • Müqəddəs Kitab əhvalatı:

    • Mt 13:24—30, 36—43. İsa alaq otları məsəli vasitəsilə qeyd etdi ki, yığıncaqlarda çoxlu saxta məsihilər peyda olacaq və onların güclü təsiri olacaq

    • 1Yh 2:18, 19. Ahıl yaşda olan həvari Yəhya birinci əsrin sonlarında Məsihin xeyli əleyhdarının artıq peyda olduğunu açıqlamışdı

Yığıncaqda saxta təlimlər yayılarsa və məsihiyə yaraşmayan davranışlara göz yumularsa, nə baş verər?

Məsihilər aralarındakı birliyi qorumaq üçün nə etməlidirlər?

Nəyə görə məsihilər yalan ibadətdən uzaq durmalıdırlar?

Nəyə görə yalan təlimləri ifşa etmək vacibdir və faydalıdır?

Nəyə görə yalan dinə ibadət edən insanların pak ibadətə qarşı çıxmasına və bizi təqib etməsinə təəccüblənməməliyik?