Valideynlər
Yehovanın ailəni təsis etməsinin bəzi səbəbləri hansılardır?
Valideynlər uşaqlarına necə yanaşmalıdırlar?
Həmçinin baxın: «Uşaqlar; gənclər»
-
Müqəddəs Kitab əhvalatı:
-
Yr 33:4, 5. Yaqub uşaqlarına Yehovadan bir nemət kimi baxırdı
-
Çx 1:15, 16, 22; 2:1—4; 6:20. Musanın valideynləri İmran və Yuhabid onu qorumaq üçün həyatlarını riskə atmışdılar
-
Valideynlərin uşaqları qarşısında hansı öhdəçilikləri var?
Uşaqlara Yehovaya itaət etməyi öyrətməyin hansı faydaları var?
Həmçinin baxın: 2Tm 3:14, 15
-
Müqəddəs Kitab əhvalatı:
-
1İş 2:18—21, 26; 3:19. İşmuilin valideynləri oğullarını Yehovaya xidmət etməsi üçün məbədə gətirdilər; onlar hər il onu ziyarət edib ehtiyac duyduğu şeyləri gətirirdilər; İşmuil böyüyüb Yehovanın yetkin xidmətçisi oldu
-
Lk 2:51, 52. Valideynləri qeyri-kamil olsa da, İsa onlara itaət edirdi
-
Valideynlər övladlarının tərbiyəsi ilə bağlı məsləhətləri haradan ala bilərlər?
Nəyə görə Yehovanı sevən ailədə böyüyən uşağın belə, Ondan üz döndərmək ehtimalı var?
Valideynlər nə vaxtdan uşaqlarına Allahın Kəlamını öyrətməlidirlər?
-
Müqəddəs Kitab əhvalatı:
-
Qn 29:10—12, 29; 31:12; Üz 10:1. İsraillilər Yehovaya ibadət etmək üçün bir yerə toplaşanda uşaqlarını da özləri ilə aparırdılar ki, onlar da Yehovanın yollarını öyrənsinlər
-
Lk 2:41—52. Yusiflə Məryəm hər il bütün uşaqlarını, eləcə də İsanı Yerusəlimdəki məbədə Pasxa bayramını keçirməyə aparırdılar
-
Valideynlər uşaqlarını pis insanlardan qorumaq üçün hansı nümunələri izləməlidirlər?
-
Müqəddəs Kitab əhvalatı:
-
Çx 19:4; Qn 32:11, 12. Yehova Özünü balalarının qeydinə qalan, onları qoruyan qartala bənzədir
-
Əş 49:15. Yehova söz verir ki, körpəsini əmizdirən ana kimi xidmətçilərinin qeydinə qalıb onları qoruyacaq
-
Mt 2:1—16. Şeytan körpə İsanı öldürtmək üçün bütpərəst münəccimləri zalım padşah Hirodun yanına göndərdi, amma Yehova Oğlunu qorumaq üçün Yusifə ailəsini götürüb Misirə köçməyi tapşırdı
-
Mt 23:37. İsa balalarını qanadları altına alıb qoruyan toyuq nümunəsi əsasında xalqını qorumaq istədiyini izah etdi
-
Valideynlər nəyə görə övladlarına cinsi tərbiyə verməlidirlər?
-
Müqəddəs Kitab əhvalatı:
-
Lv 15:2, 3, 16, 18, 19; Qn 31:10—13. Musanın qanununda cinsi məsələlər haqda aydın şəkildə yazılıb; Yehova tapşırmışdı ki, bu qanunlar ucadan oxunanda uşaqlar da qulaq assın
-
Zb 139:13—16. Məzmurçu Davud insan bədənini mükəmməl şəkildə yaratdığı, eləcə də insanlara uşaq sahibi olmaq bacarığını verdiyi üçün Yehovaya həmd ucaltdı
-
Ms 2:10—15. Yehovanın verdiyi bilik və hikmət bizi azğın və hiyləgər insanlardan qoruyur
-
Nəyə görə valideynlər uşaqlarına məhəbbətlə tərbiyə verməlidirlər?
Tərbiyə hansı mənada məhəbbətin təcəssümüdür?