Kontentə keç

Mündəricatı göstər

ŞAGİRD HAZIRLAMAQ

DƏRS 10

Məsuliyyət

Məsuliyyət

Prinsip: «Sizi sevdiyimiz üçün sizə nəinki Allahın müjdəsini çatdırmağa, hətta öz canımızı da verməyə hazır olmuşuq, axı siz bizə çox əziz idiniz» (1 Salon. 2:8).

İsa Məsihin qoyduğu nümunə

1. VİDEOYA bax və ya Yəhya 3:1, 2 ayələrini oxu. Sonra isə növbəti suallar üzərində düşün:

  1.   a) Nəyə görə Nikodem İsanın yanına gecə vaxtı gəlmişdi? (Yəhya 12:42, 43 ayələrinə bax.)

  2.  b) İsanın şagird hazırlamaq işinə məsuliyyətlə yanaşdığı nədən görünür?

İsa Məsihdən nə öyrənirik?

2. İnsanları sevdiyimiz üçün onlara Məsihin şagirdi olmağa kömək edirik və bu işə məsuliyyətlə yanaşırıq.

İsa Məsih kimi davran

3. Şagirdə ona uyğun olan vaxtda və yerdə dərs keç. Ola bilsin, onun üçün həftənin müəyyən bir günü və ya saatı uyğundur. Ona harada dərs keçmək rahatdır: iş yerində, evində, yoxsa başqa bir yerdə? Mümkün qədər öz qrafikində onu da nəzərə al.

4. Müntəzəm dərs keç. Təyin etdiyiniz gündə dərs keçə bilməyəcəksənsə, aşağıdakı sualların üzərində düşün:

  1.   a) Dərsi həftənin başqa günü keçə bilərəm?

  2.  b) Dərsi telefon və ya videozəng vasitəsilə keçə bilərəm?

  3.  c) Bəlkə, başqa təbliğçidən xahiş edim, dərsi o keçsin?

5. Nikbin qalmaq üçün dua et. Ola bilsin, şagirdində müntəzəm olaraq dərs keçmək, yaxud öyrəndiklərinə qısa vaxtda əməl etmək alınmır. Ondan ümidini üzməmək üçün Yehovadan duada kömək istə (Filip. 2:13). Sözsüz ki, şagirdinin yaxşı xüsusiyyətləri var; diqqətini onlara cəmləmək üçün də dua et.

H Ə M Ç İ N İ N  B A X