Kontentə keç

Mündəricatı göstər

ŞAGİRD HAZIRLAMAQ

DƏRS 11

Sadəlik

Sadəlik

Prinsip: «Sizin sözləriniz aydın [olsun]» (1 Kor. 14:9).

İsa Məsihin qoyduğu nümunə

1. VİDEOYA bax və ya Mətta 6:25—27 ayələrini oxu. Sonra isə növbəti suallar üzərində düşün:

  1.   a) İsa Yehovanın qayğıkeş olmasını necə açıqladı?

  2.  b) İsa quşlar haqqında çox şey bilsə də, nə üçün sadə bir məqama toxundu? Nəyə görə bu, yaxşı təlim üsulu idi?

İsa Məsihdən nə öyrənirik?

2. Biz sadə dildə təlim versək, dediklərimiz insanların yaddaşında qalacaq və onların ürəyinə təsir edəcək.

İsa Məsih kimi davran

3. Çox danışma. İnsana mövzu ilə bağlı bütün bildiklərini danışmaqdansa, diqqətini təlim nəşrində olan materiala cəmlə. Sual verəndən sonra şagirdin cavabını səbirlə gözlə. Əgər o, cavabı bilmirsə və ya Müqəddəs Kitab təlimlərinə zidd cavab verirsə, əlavə suallar vasitəsilə ona mövzunu başa düşməyə kömək et. Şagird mövzunun məğzini başa düşəndən sonra dərsə davam et.

4. Şagirdə öyrəndiyi yeni təlimləri əvvəlki bilikləri ilə əlaqələndirməyə kömək et. Misal üçün, dirilmə ilə bağlı dərsə başlamazdan əvvəl qısaca olaraq şagirdin ölülərin vəziyyəti haqda nə bildiyi ilə maraqlan.

5. Nümunələri diqqətlə seç. Nümunə çəkməzdən əvvəl düşün:

  1.   a) «Çəkmək istədiyim nümunə sadədir?»

  2.  b) «Şagird bu nümunəni rahat başa düşəcək?»

  3.  c) «Bu nümunə ilə şagird nəyi yadda saxlayacaq: mövzunun əsas fikrini, ya təkcə nümunənin özünü?»

H Ə M Ç İ N İ N  B A X