Kontentə keç

Mündəricatı göstər

SÖHBƏTƏ BAŞLAMAQ

DƏRS 2

Təbiilik

Təbiilik

Prinsip: «Yerində deyilən söz nə gözəldir!» (Məs. 15:23).

Müjdəçi Filipin qoyduğu nümunə

1. VİDEOYA bax və ya Həvarilərin işləri 8:30, 31 ayələrini oxu. Sonra isə növbəti suallar üzərində düşün:

  1.   a) Filip söhbətə necə başladı?

  2.  b) Filipin söhbətlə başlaması və məmura həqiqəti öyrətməsi nəyə görə təbii şəkildə alındı?

Müjdəçi Filipdən nə öyrənirik?

2. Söhbəti öz axarında, təbii şəkildə aparsaq, təbliğ etdiyimiz insan sıxılmayacaq və çatdırdığımız xəbəri dinləməyə meyilli olacaq.

Müjdəçi Filip kimi davran

3. Müşahidə et. İnsanın üz ifadəsindən, oturuşundan-duruşundan, jestlərindən onun haqda çox şey öyrənə bilərik. Həmçinin fikir ver ki, insan danışmağa həvəslidir, ya yox? Sadə bir sualla, məsələn, «Heç eşitmisiniz,..?» deməklə söhbəti Müqəddəs Kitaba yönəldə bilərsən. İnsan söhbət etmək istəmirsə, məcbur etmə.

4. Səbirli ol. Söhbətə birbaşa Müqəddəs Kitabdan başlamaq şərt deyil. Söhbətin axarını səbirlə izlə və fürsət düşəndə həqiqəti bölüş. Bəzən ola bilər ki, müjdəni gələn dəfə bölüşməli olasan.

5. Gözlənilməz vəziyyətlərə hazır ol. Ola bilsin, söhbətin axarı gözləmədiyimiz istiqamətə yönəlsin. Belə vəziyyətdə fikrində tutduğun mövzudan yox, insanı maraqlandıran mövzudan danışmağa hazır ol.

H Ə M Ç İ N İ N  B A X