Kontentə keç

Mündəricatı göstər

TƏKRAR SÖHBƏT

DƏRS 7

Qətiyyət

Qətiyyət

Prinsip: «Onlar... müjdəni durmadan bildirir, insanlara öyrədirdilər» (Həv. 5:42).

Həvari Bulusun qoyduğu nümunə

1. VİDEOYA bax və ya Həvarilərin işləri 19:8—10 ayələrini oxu. Sonra isə növbəti suallar üzərində düşün:

  1.   a) Bulusun müjdəni təbliğ etməkdə qətiyyətli olduğu nədən görünür?

  2.  b) Bulus insanlara həqiqəti öyrətməyə nə qədər vaxt ayırırdı? Bu neçə il davam etdi?

Həvari Bulusdan nə öyrənirik?

2. Səmərəli təkrar söhbət etmək və Müqəddəs Kitab dərsinə başlamaq üçün vaxt ayırmalı və güc sərf etməliyik.

Həvari Bulus kimi davran

3. Maraqlanan insanın vaxtına uyğunlaş. Düşün: «Onun üçün nə vaxt və harada söhbət etmək rahatdır?» Ola bilər, insana rahat olan vaxtla səninki üst-üstə düşməsin, amma çalış, onun vaxtına uyğunlaşasan.

4. Görüş təyin et. Hər söhbətin sonunda növbəti söhbət üçün konkret vaxt təyin et. Dediyin vaxtda razılaşdığınız yerdə ol.

5. Ümidini itirmə. Əgər insanı evdə gec-gec tapırsansa və ya o, çox vaxt məşğuldursa, dərhal elə qənaətə gəlmə ki, insan həqiqətlə maraqlanmır (1 Kor. 13:4, 7). Əksinə, çalış, həmin insanla əlaqə yaradasan, amma vaxtından da hikmətlə istifadə et (1 Kor. 9:26).

H Ə M Ç İ N İ N  B A X