Kontentə keç

Mündəricatı göstər

TƏKRAR SÖHBƏT

DƏRS 8

Səbir

Səbir

Prinsip: «Məhəbbət [səbirlidir]» (1 Kor. 13:4).

İsa Məsihin qoyduğu nümunə

1. VİDEOYA bax və ya Yəhya 7:3—5; 1 Korinflilərə 15:3, 4, 7 ayələrini oxu. Sonra isə növbəti suallar üzərində düşün:

  1.   a) İsanın qardaşları başlanğıcda onun çatdırdığı müjdəyə necə yanaşırdılar?

  2.  b) Nədən görünür ki, İsa qardaşı Yaqubdan ümidini üzmədi?

İsa Məsihdən nə öyrənirik?

2. Biz səbirli olmalıyıq, çünki bəzi insanlar başqalarına nisbətən müjdəni daha gec qəbul edə bilər.

İsa Məsih kimi davran

3. Müxtəlif üsullardan istifadə et. Əgər insan Müqəddəs Kitab dərsi keçməyə dərhal razılaşmırsa, onu məcbur etmə. Fürsət düşəndə Müqəddəs Kitab dərsinin faydalarını və necə keçirildiyini izah edən videoları, yaxud məqalələri ona göstər.

4. Müqayisə etmə. Hamı eyni deyil. Əgər ailə üzvün və ya maraqlanan insan Müqəddəs Kitab dərsi keçməyə və ya hansısa təlimi qəbul etməyə tərəddüd edirsə, səbəbi müəyyən etməyə çalış. Bəlkə, o öz dini inanclarına bağlıdır? Bəlkə, qohumları və ya qonşuları ona mane olurlar? Danışdıqlarınız barədə, eləcə də Müqəddəs Kitabdakı həqiqətlər haqda düşünməsi üçün ona vaxt ver.

5. Yehovaya dua et. İnsanlardan əlini üzməmək və nəzakətli olmaq üçün Yehovadan kömək istə. Həmçinin həqiqətə soyuq yanaşan insanla söhbəti nə vaxt dayandıracağını müəyyənləşdirmək üçün duada Yehovadan hikmət dilə (1 Kor. 9:26).

H Ə M Ç İ N İ N  B A X