ƏLAVƏ 3
«Əbədi xoşbəxt həyat!» nəşri vasitəsilə Müqəddəs Kitab dərsinin keçirilmə qaydası
«Əbədi xoşbəxt həyat!» kitabının ərsəyə gəlməsi üçün qardaşlar çoxlu dua edib, hansı məlumatların kitaba əlavə olunacağını dərindən götür-qoy ediblər. Dərslikdən tam faydalanmaq üçün aşağıdakı məqamlara diqqət yetir.
Dərsdən əvvəl
-
1. Yaxşı-yaxşı hazırlaş. Bu zaman şagirdin vəziyyəti, inancları və ruhən inkişaf etməsi üçün nəyə ehtiyac duyduğu barədə düşün. Onun başa düşməkdə və ya əməl etməkdə çətinlik çəkəcəyi məqamları təxmin etməyə çalış. «Əlavə məlumat» yarımbaşlığındakı hansı materialın şagirdə köməyi dəyəcəyini müəyyən et və ehtiyac yaranarsa, dərs zamanı ondan istifadə et.
Dərs vaxtı
-
2. Şagirdin razıdırsa, dərsdən əvvəl və sonra dua et
-
3. Çalış, çox danışmayasan. Diqqətini dərs materialına cəmlə və şagirdinə fikrini bölüşməyə şərait yarat.
-
4. Yeni bölməyə başlayanda həmin bölmənin məzmununu və bir neçə dərsin adını nəzərdən keçirin.
-
5. Bölməni bitirəndə «Təkrar» hissəsindəki sualların vasitəsilə şagirdə öyrəndiklərini yadda saxlamağa kömək et.
-
6. Şagirdlə dərs keçərkən növbəti məqamlara diqqət yetir:
-
a) Birinci hissədəki abzaslar oxunsun.
-
b) «Oxu» ayələrinin hamısı oxunsun.
-
c) Ehtiyac varsa, sitat gətirilən ayələr oxunsun.
-
d) Dərsdəki bütün videolara baxın (əgər mümkündürsə).
-
e) Şagird bütün sualları cavablandırsın.
-
f) «Dərinliyə varın» hissəsindəki şəkli müzakirə edin. Şagird şəklə şərh versin.
-
g) «Məqsəd» yarımbaşlığından istifadə edərək şagirdə ruhani tərəqqisini izləməyə kömək et. Şagirdi orada təklif olunan məqsədə, həmçinin digər məqsədlərə nail olmağa təşviq edə bilərsən.
-
h) Vurğula ki, dərsə hazırlaşarkən «Əlavə məlumat» yarımbaşlığındakı istədiyi məqaləyə və ya videoya nəzər salsa, yaxşı olar.
-
i) Çalış, dərsi birdəfəyə keçəsən.
-
Dərsdən sonra
-
7. Dərsdən sonra da şagirdin haqda düşün. Yehovaya dua et ki, şagirdin ruhani cəhətdən atdığı addımları avand etsin, eləcə də ona kömək edə bilməyin üçün sənə hikmət versin.