Kontentə keç

Mündəricatı göstər

Hissə 1

Yaradılışdan Daşqınadək

Yaradılışdan Daşqınadək

Göy və yer necə yaranıb? Günəş, Ay, ulduzlar və yer üzündə olan başqa şeylər haradan meydana gəlib? Müqəddəs Kitab bu suallara doğru cavab verir: bütün bunları yaradan Allahdır. Beləliklə, kitabımız Müqəddəs Yazıların yaradılış haqqında olan hekayələri ilə başlayır.

Bu kitabdan öyrənəcəyik ki, Allah ilk növbədə Özü kimi gözəgörünməz ruhani şəxsiyyətlər yaratmışdır. Bunlar mələklərdir. Yeri isə Allah insanlar üçün yaratmışdır. Buna görə də O, Adəm və Həvva adlı ilk kişi və qadını yaradıb, onları gözəl bir bağda yerləşdirdi. Amma onlar Allahın sözündən çıxdılar və yaşamaq hüquqlarını itirdilər.

Adəmin yaradılmasından böyük Daşqına qədər 1 656 il keçmişdir. Bu vaxt ərzində çoxlu pis şəxsiyyətlər yaşayırdı. Göydə, gözəgörünməz ruhani varlıqlar, yəni Şeytan və onun pis mələkləri yaşayırdılar. Yer üzündə isə Qabil və bir çox pis adamlarla yanaşı, qeyri-adi gücə malik olan varlıqlar var idi. Bütün bunlara baxmayaraq, yer üzündə Habil, Xanok və Nuh kimi yaxşı insanlar da ömür sürürdü. BİRİNCİ HİSSƏDƏ bu insanlardan və hadisələrdən bəhs ediləcək.

 

BU BÖLMƏDƏ

HEKAYƏ 1

Allah yaratmağa başlayır

Yaradılış hekayəsi aydın və hətta uşaqlar üçün də maraqlıdır.

HEKAYƏ 2

Gözəl bağ

Yaradılış kitabına əsasən, Allah Eden bağını xüsusi yerdə yaratmışdı. Allah istəyirdi ki, bütün yer üzü bu bağ kimi gözəl olsun.

HEKAYƏ 3

İlk kişi və qadın

Allah Adəm və Həvvanı yaradıb Eden bağında yerləşdirdi. Onlar ilk cütlük oldular.

HEKAYƏ 4

Onlar evlərindən qovulurlar

Müqəddəs Kitabın Yaradılış kitabında itirilmiş cənnətdən bəhs olunur.

HEKAYƏ 5

Həyat çətinləşir

Eden bağının kənarında Adəm və Həvvanın çoxlu çətinlikləri var. Əgər onlar Allaha itaət etsəydilər, onlar və övladları xoşbəxt olardı.

HEKAYƏ 6

Yaxşı oğul və pis oğul

Yaradılış kitabındakı Qabillə Habilin hadisəsi bizim necə insan olmalı olduğumuzu göstərir və hələ ki gec deyil, nəyi dəyişməliyik.

HEKAYƏ 7

Cəsarətli insan

Xanokun cəsarət nümunəsi göstərir ki, hətta ətrafında bütün insanlar pis olsalar belə, sən yaxşı davrana bilərsən.

HEKAYƏ 8

Yer üzündəki nəhənglər

Yaradılış kitabının 6-cı fəslində deyilir ki, nəhənglər insanları incidirdilər. Bu nəhənglər Nefilim adlanırdı. Onlar yer üzünə insan kimi gəlib yaşayan mələklərin övladları idilər.

HEKAYƏ 9

Nuh gəmi tikir

Başqa insanlardan fərqli olaraq, Nuh və ailəsi Allaha itaət etdiklər üçün Daşqından sağ çıxdılar.

HEKAYƏ 10

Böyük Daşqın

İnsanlar Nuhun xəbərdarlığına gülürdülər. Ancaq göydən leysan tökməyə başlayanda artıq gülmürdülər! Öyrən gör Nuh, ailəsi və bir çox heyvanların necə xilas oldular.