Hissə 2
Daşqından Misir qurtuluşunadək
Daşqından yalnız səkkiz nəfər xilas olur, bir müddətdən sonra isə yer üzündə adamların sayı bir neçə minə çatır. Daşqından 352 il sonra İbrahim doğulur. Bu hissədə Allahın İbrahimə İshaq adlı oğlu olacağı vədinin necə yerinə yetdiyini öyrənəcəyik. Həmçinin İshaqın iki oğlundan birinin — Yaqubun, Allah tərəfindən seçildiyini görəcəyik.
Yaqubun ailəsi böyük idi. Onun 12 oğlu və bir neçə qızı vardı. Yaqubun 10 oğlu kiçik qardaşları Yusifə nifrət etdikləri üçün onu Misirə qul kimi satırlar. Sonradan Yusif Misirin nüfuzlu rəhbərlərindən biri olur. Güclü aclıq olanda, o, qardaşlarının dəyişib-dəyişmədiyini öyrənmək məqsədilə onları sınayır. Sonda Yaqubun bütün ailəsi, yəni israillilər Misirə köçür. Bütün bunlar İbrahimin doğulmasından 290 il sonra baş verir.
Növbəti 215 il ərzində israillilər Misirdə yaşayırlar. Yusif öləndən sonra misirlilər onları qul edirlər. Vaxt keçir və Musa doğulur. Allah onun vasitəsilə israilliləri Misirdən azad edir. Ümumilikdə İKİNCİ HİSSƏDƏ 857 illik dövr əhatə olunur.
BU BÖLMƏDƏ
HEKAYƏ 12
İnsanlar böyük qüllə tikir
nəmrud Allahı razı salmadı və Onun verdiyi cəza bu gün də insanlara öz təsirini göstərir.
HEKAYƏ 14
Allah İbrahimin imanını sınayır
Nəyə görə Allah İbrahimin oğlu İshaqı qurban gətirməsini istəyir?
HEKAYƏ 24
Yusif qardaşlarını sınağa çəkir
Yusif qardaşlarının onu qul kimi satdıqları vaxtdan bu yana dəyişib-dəyişmədiklərini necə yoxladı?
HEKAYƏ 26
Əyyub Allaha sadiq qalır
Əyyub varını, sağlamlığını və bütün övladlarını itirir. Əyyubu cəzalandıran Allah idi?
HEKAYƏ 27
Misirdə pis padşah hökmranlıq edir
Nəyə görə o, israilli olan bütün oğlan uşaqlarının öldürülməsi üçün fərman çıxardı?
HEKAYƏ 28
Körpə Musa sağ qalır
Bütün israilli oğlan uşaqları öldürülən ərəfədə Musanın anası onu xilas etməyin yolunu tapır.
HEKAYƏ 29
Musa Misirdən qaçır
Musa peyğəmbər 40 yaşı olanda elə bildi ki, israilli qulları müdafiə etməyə hazırdır, amma əslində buna hazır deyildi.
HEKAYƏ 30
Yanan kol
Allah bir çox möcüzə etməklə Musaya göstərdi ki, artıq israillilərin Misirdən çıxmaq vaxtıdır.
HEKAYƏ 31
Musa və Harun fironun hüzurunda
Nəyə görə firon Musaya qulaq asmır və israilliləri buraxmır?
HEKAYƏ 32
On bəla
Misirin başçısı firon tərslik edib israilliləri buraxmadığı üçün Allah Misirin üzərinə 10 bəla gətirdi.
HEKAYƏ 33
İsraillilər Qırmızı dənizi keçir
Musa Allahın gücü ilə Qırmızı dənizi ortadan ayırır və israillilər quru yolla keçirlər.