Kontentə keç

Mündəricatı göstər

Hekayə 19

Yaqubun böyük ailəsi

Yaqubun böyük ailəsi

BİR bu böyük ailəyə bax. Bunlar Yaqubun 12 oğludur. Onun qızları da var. Heç bu uşaqların adını bilirsən? Gəl onlardan bəzilərinin adlarını öyrənək.

Ruven, Şimeon, Levi və Yəhudanı Lea doğdu. Rəhilə uşaq doğa bilmədiyi üçün çox kədərlənirdi. Bunun üçün də qulluqçusu Bilhanı Yaquba verdi. Bilhanın Dan və Naftali adlı iki oğlu oldu. Sonra Lea da öz qulluqçusu Zilpanı Yaquba verdi və Zilpanın Qad və Aşer adlı oğulları oldu. Leanın daha iki oğlu oldu. Onların adları İssakar və Zevulun idi.

Nəhayət, Rəhilənin də bir oğlu olur. Onun adını Yusif qoyur. O sonradan çox nüfuzlu bir insan olur. Bir qədər sonra Yusif haqqında daha çox öyrənəcəyik. Rəhilənin atası Lavanla yaşadığı dövrdə Yaqubun 11 oğlu olur.

Yaqubun qızları da var idi, amma Müqəddəs Kitabda onlardan yalnız birinin adı çəkilir. Onun adı Dinadır.

Vaxt keçir və Yaqub Lavandan ayrılıb, Kənan torpağına qayıtmaq qərarına gəlir. O, böyük ailəsini, çoxsaylı qoyun və mal-qara sürülərini yığıb uzun səfərə çıxır.

Onlar Kənan torpağına qayıtdıqdan bir qədər sonra Rəhilənin bir oğlu da olur. Bu, yolda baş verir. Rəhilə çox ağrı çəkir və doğuş vaxtı ölür. Körpə isə sağ qalır. Yaqub onun adını Benyamin qoyur.

Biz Yaqubun 12 oğlunun adını yadda saxlamalıyıq, çünki bütün İsrail xalqı onlardan törəyib. İsrailin 12 qəbiləsi Yaqubun 10 oğlunun və Yusifin iki oğlunun adını daşıyır. Babaları İshaq bu oğlanlar doğulandan hələ çox illər sonra da yaşadı. Onun bir belə nəvəsi olduğuna necə sevindiyini təsəvvür edə bilərik. İndi gəl görək onun nəvəsi Dinanın başına hansı hadisə gəlir.