XI hissə
Bu hissədə İncildəki hadisələrdən bəhs edilir. İsa Məsih sadə ailədə doğulmuşdu. O, kiçik bir şəhərdə boya-başa çatmışdı. İsa Məsih atası ilə birgə dülgər işləyirdi. O, insanları xilas edə biləcək yeganə şəxs idi. Yehova onu göylərdəki Padşahlığın padşahı seçib. Valideynlər, Yehovanın İsa Məsihin böyüyəcəyi ailəni və mühiti necə diqqətlə seçdiyini uşaqlarınıza başa salın. Həmçinin izah edin ki, Yehova İsa Məsihi onu öldürmək istəyən Hiroddan necə qorudu. Vurğulayın ki, heç bir şey Yehovaya niyyətini yerinə yetirməyə mane ola bilməz. Bu hissədə siz həmçinin Yehovanın İsa Məsihə yol hazırlamaq üçün Yəhyanı seçməsi haqda öyrənəcəksiniz. İsanın hətta uşaq yaşlarından Yehovanın müdrikliyini sevdiyini diqqət yetirin.
BU BÖLMƏDƏ
DƏRS 68
İlsəbanın uşağı olur
Nəyə görə İlsəbanın əri izah edir ki, uşaq olana qədər danışa bilməyəcək?
DƏRS 73
Yəhya yol hazırlayır
Yəhya böyüyəndə peyğəmbər olur. O, insanlara Məsihin gəlişi haqda öyrədir. Bəs insanlar onun çatdırdığı xəbərə necə münasibət göstərirlər?