XIV hissə
Birinci əsrdə yaşayan məsihilər Padşahlıq haqda xoş xəbəri dünyanın ən ucqar yerlərinə kimi çatdırmışdılar. İsa Məsih onları təbliğ etməli olduqları yerlərə yönləndirmiş və onlara möcüzəvi şəkildə müxtəlif dillərdə təbliğ etmək qabiliyyəti vermişdi. Yehova isə məsihilərə cəsarət və şiddətli təqiblərin öhdəsindən gəlmək üçün güc vermişdi.
İsa Məsih görüntüdə həvari Yəhyaya Yehovanın əzəmətini göstərmişdi. Digər bir görüntüdə isə Yəhya göydəki Padşahlığın Şeytan üzərində qələbə qazandığını və onun hakimiyyətinə əbədilik son qoyduğunu görmüşdü. Yəhya İsanın Padşah kimi idarə etdiyini və onun 144 000 hakimiyyət şərikini də görmüşdü. O, həmçinin bütün yer üzünün cənnətə çevrildiyini və oradakı bütün insanların Yehovaya sülh və birlik içində ibadət etdiklərini görmüşdü.
BU BÖLMƏDƏ
DƏRS 95
Onları heç nə susdura bilmir
İsa Məsihi öldürən din xadimləri indi də şagirdləri susdurmağa çalışırlar.
DƏRS 98
Məsihilik bir çox xalqlara yayılır
Həvari Bulus və onun əməkdaşları uzaq ərazilərdə təbliğ edirlər.
DƏRS 99
Zindan gözətçisi Məsihə iman gətirir
Cin, zəlzələ və qılıncın bu hekayə ilə hansı əlaqəsi var?
DƏRS 101
Bulusu Romaya göndərirlər
Səyahət çox təhlükəli keçir, ancaq heç bir çətinlik bu həvarinin qətiyyətini sındıra bilmir.
DƏRS 103
«Qoy Padşahlığın gəlsin»
Yəhyanın gördüyü görüntülər Allahın Padşahlığının gələcəkdə yer üzündəki həyatı necə dəyişəcəyini göstərir.