Kontentə keç

Mündəricatı göstər

DƏRS 5

Nuhun gəmisi

Nuhun gəmisi

Vaxt keçdikcə yer üzündə insanlar artır. Onların əksəriyyəti pis insanlar olur. Hətta göydəki bəzi mələklər də pis hərəkətlər edirlər. Onlar göydəki məskənlərini tərk edib yerə gəlirlər. Heç bilirsən bu mələklər yerdə nə edirlər? Onlar öz bədənlərini insan bədəninə dəyişib, yerdəki qadınlarla evlənirlər.

Bu mələklərin qadınlardan oğulları olur. Bu uşaqlar böyüyəndə çox güclü və qəddar olurlar. Onlar insanları incidirlər. Yehova onların bu hərəkətinə göz yuma bilmir. O qərar verir ki, pis insanları daşqınla məhv etsin.

Ancaq bir nəfər digərlərindən fərqlənir. Həmin adam Yehova Allahı çox sevir. Onun adı Nuhdur. Nuh ailəlidir. Onun Sam, Ham, Yafəs adında üç oğlu var. Oğlanlarının üçü də evlidir. Bir gün Yehova Nuha tapşırır ki, xilas olmaq üçün böyük bir gəmi tiksin. Bu gəmi böyük qutuya bənzəməli idi. Yehova həmçinin ona tapşırır ki, gəmiyə çoxlu heyvan yığsın. Çünki O, heyvanların da sağ qalmasını istəyir.

Nuh dərhal gəmini tikməyə başlayır. O, ailəsi ilə birgə gəmini təxminən 50 ilə tikir. Onlar gəmini Yehovanın dediyi kimi tikirlər. Bu vaxt ərzində Nuh insanları Daşqın haqqında xəbərdar edir. Amma heç kim ona qulaq asmır.

Nəhayət, gəmiyə minmək vaxtı gəlib çatır. Gəl görək sonra nə baş verir.

«Nuhun vaxtında necə idisə, insan Oğlunun hüzuru zamanı da elə olacaq» (Mətta 24:37)