Kontentə keç

Mündəricatı göstər

DƏRS 6

Səkkiz nəfər sağ qalır

Səkkiz nəfər sağ qalır

Nuh, ailəsi və heyvanlar gəmiyə girirlər. Yehova qapını bağlayır və yağış yağmağa başlayır. Yağış o qədər güclü yağır ki, gəmi üzməyə başlayır. Getdikcə bütün yer üzü suyun altında qalır. Gəmiyə girməyən bütün pis insanlar ölür. Təkcə Nuh və ailəsi sağ qalır. Təsəvvür edirsən, onlar Yehovaya qulaq asdıqları üçün necə sevinirlər?

Qırx gün, qırx gecə yağış yağır. Sonra yağış kəsilir. Getdikcə sular çəkilməyə başlayır. Axırda gəmi bir dağın başında dayanır. Ancaq sular hələ də tam çəkilməyib. Buna görə də Nuh və ailəsi gəmidən çıxa bilməzlər.

Yavaş-yavaş sular çəkilməyə başlayır. Nuh və ailəsi bir ildən çox gəmidə qalır. Sonra Yehova onlara buyurur ki, gəmidən çıxsınlar. Onlar sağ qaldıqları üçün Yehovaya şükr edirlər. Minnətdar olduqlarını göstərmək üçün Ona qurban gətirirlər.

Yehova bu qurbana görə çox şad olur. O söz verir ki, bir daha yer üzünü daşqınla məhv etməyəcək. Bunun nişanəsi olaraq göydə göy qurşağı yaradır. Sən heç göy qurşağı görmüsən?

Sonra Yehova Nuha və ailəsinə deyir ki, dünyaya uşaq gətirib yer üzünü doldursunlar.

«Nuh gəmiyə minənə qədər... Daşqın gəlib onların hamısını aparmayınca [insanlar] heç nəyə məhəl qoymurdular» (Mətta 24:38, 39)