Kontentə keç

Mündəricatı göstər

IV hissə

IV hissə

Bu hissədə Yusif peyğəmbərdən, Əyyub peyğəmbərdən, Musa peyğəmbərdən, eləcə də israillilərdən bəhs edilir. Onlar Şeytanın sınaqlarına məruz qalmışdılar. Bəziləri ədalətsizliklə üzləşmiş, zindana atılmış, qul olmuş, hətta yaxınlarını itirmişlər. Yehova Allah müxtəlif yollarla onları qorumuşdu. Valideynlər, uşaqlarınıza Yehova Allaha xidmət etmiş bu insanların imanda sadiq qalaraq bütün əziyyətlərə necə qatlaşdıqlarından danışın.

Yehova Allah misirlilərin başına on bəla gətirməklə Misir allahlarından güclü olduğunu göstərmişdi. Yehovanın həm keçmişdə, həm də indi Öz xalqını necə qoruduğuna diqqət yetirin.

BU BÖLMƏDƏ

DƏRS 14

Bir qulun hekayəsi

Yusif düzgün davransa da, hələ də çox əziyyət çəkir. Niyə?

DƏRS 15

Yehova Yusifi darda qoymur

Yusif ailəsindən uzaq olsa da, Allah onunladır.

DƏRS 16

Əyyub peyğəmbərin həyatı

Ən çətin vaxtlarda belə, o, Yehovaya sadiq qaldı.

DƏRS 17

Musa Yehovaya ibadət etməyi seçir

Musa körpə olanda anasının ağıllı hərəkəti sayəsində sağ qalır.

DƏRS 18

Yanar kol

Nəyə görə kol alov içində olsa da, yanıb kül olmur?

DƏRS 19

İlk üç bəla

Fironun qüruru xalqının başına bəla gətirir.

DƏRS 20

Növbəti altı bəla

Bu bəlalar ilk üç bəladan nə ilə fərqlənir?

DƏRS 21

Onuncu bəla

Bu bəla hətta fironun qürurunu da sındırır və firon israilliləri buraxır.

DƏRS 22

Qırmızı dənizdə baş verən möcüzə

Firon on bəladan sağ çıxmışdı. Bəs o, Qırmızı dənizdə baş verən hadisədən qurtula bilir?