Kontentə keç

Mündəricatı göstər

DƏRS 30

Rahab kəşfiyyatçıları gizlədir

Rahab kəşfiyyatçıları gizlədir

İsrailli kəşfiyyatçılar Əriha şəhərinə gedəndə Rahab adlı qadının evində qalırlar. Əriha şəhərinin padşahı bundan xəbər tutub, Rahabın evinə əsgərlər göndərir. Rahab bu iki kəşfiyyatçını damda gizlədir, sonra isə əsgərləri başqa tərəfə yönəldir. O, kəşfiyyatçılara deyir: «Mən sizə kömək edəcəm, çünki Yehovanın sizinlə olduğunu və bu şəhəri ələ keçirəcəyinizi bilirəm. Nə olar, söz verin ki, mənə və ailəmə xətər yetirməyəcəksiniz».

Kəşfiyyatçılar Rahaba deyirlər: «Söz veririk, evində olanlara zərər dəyməyəcək. Qırmızı kəndiri pəncərəyə bağla, beləcə ailən xilas olacaq».

Rahab kəşfiyyatçıları iplə pəncərədən aşağı düşürür. Onlar dağlara gedib, üç gün orada gizlənirlər. Sonra israillilər İordan çayını keçib, şəhəri zəbt etməyə hazırlaşırlar. Əriha israillilərin zəbt etdiyi ilk şəhər olur. Yehova onlara deyir ki, altı gün, gündə bir dəfə şəhərin ətrafında dolansınlar. Yeddinci gün isə onlar şəhərin ətrafında yeddi dəfə dolanırlar. Sonra kahinlər şeypur çalır, əsgərlər isə nərə çəkir. Bu zaman şəhərin divarları uçur! Ancaq Rahabın divara bitişik olan evi salamat qalır. Yehovaya güvəndikləri üçün Rahab və ailəsi sağ qalır.

«Məgər... Rahab da elçiləri qonaqpərvərliklə qarşılayıb başqa yolla ötürəndən sonra əməlləri sayəsində saleh bilinmədi?» (Yaqub 2:25)