Kontentə keç

Mündəricatı göstər

DƏRS 31

Yuşə və gibyonlular

Yuşə və gibyonlular

Kənan diyarındakı digər xalqlar Ərihanın başına gələnlərdən xəbər tutur. Onların padşahları qərara gəlirlər ki, israillilərə hücum etsinlər. Ancaq gibyonlular fənd işlədirlər. Onlar süzülmüş paltarda Yuşənin yanına gəlib deyirlər: «Biz çox uzaqdan gəlmişik. Yehova haqda və Onun Misirin, Muabın başına gətirdikləri haqda eşitmişik. Söz verin ki, bizə hücum etməyəcəksiniz, biz də sizin qulunuz olarıq».

Yuşə bu adamlara inanıb, söz verir ki, onlara hücum etməyəcək. Üç gündən sonra o xəbər tutur ki, həmin adamlar uzaqdan gəlməyiblər. Onlar Kənanda yaşayırlar. Yuşə gibyonlulardan soruşur: «Niyə məni aldatdınız?» Onlar cavab verirlər: «Sizdən qorxurduq! Bilirdik ki, Allahınız Yehova sizin üçün döyüşür. Nə olar, bizi öldürməyin». Yuşə sözünün üstündə durur və onları sağ buraxır.

Çox keçməmiş beş Kənan padşahı və onların qoşunları gibyonlulara hədə-qorxu gəlir. Yuşə və qoşunu onları xilas etmək üçün bütün gecəni yol gedirlər. Döyüş səhərin ala-qaranlığında başlayır. Kənanilər ətrafa dağılır. Onların getdiyi yerlərə Yehova dolu yağdırır. Sonra Yuşə Yehovadan xahiş edir ki, günəş batmasın. Bəs nəyə görə Yuşə indiyə kimi belə bir hadisənin baş vermədiyini bildiyi halda Yehovadan bunu xahiş edir? Çünki Yuşə Yehovaya güvənirdi! İsraillilər Kənan padşahlarını və onların ordularını məğlub etməyincə günəş batmır.

«Qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr olsun. Bundan artığı Şərirdəndir» (Mətta 5:37)