Kontentə keç

Mündəricatı göstər

DƏRS 47

Yehova İlyası qüvvətləndirir

Yehova İlyası qüvvətləndirir

İzəbil Baal peyğəmbərlərinin başına gələnləri eşidib çox qəzəblənir. O, İlyasa xəbər göndərir: «Sabah sən də Baal peyğəmbərləri kimi öləcəksən». İlyas çox qorxur və çöllüyə qaçır. O dua edir: «Yehova, daha bacarmıram. Qoy ölüm». İlyas yorğun olduğundan ağacın altında yuxuya gedir.

Mələk onu durğuzur və nəzakətlə deyir: «Dur, yemək ye». İlyas yanındakı qızmar daşın üstündə kömbə çörək və su kuzəsi görür. O yeyib-içir, yenidən yatır. Mələk yenə onu oyadıb deyir: «Ye. Yola çıxmaq üçün güc toplamalısan». Buna görə də İlyas bir az yemək yeyir. Sonra o, 40 gün, 40 gecə yol qət edib Hurib dağına çatır. İlyas yatmaq üçün orada bir mağaraya girir. Ancaq Yehova onunla danışır. Yehova deyir: «İlyas, burada nə edirsən?» İlyas cavab verir: «İsraillilər Sənə verdikləri sözün üstündə durmadılar. Onlar Sənin qurbangahlarını dağıdıb, peyğəmbərlərini öldürdülər. İndi də məni öldürmək istəyirlər».

Yehova İlyasa deyir: «Gedib dağda qal». Əvvəlcə mağaradan güclü külək keçir. Sonra zəlzələ və alov olur. Nəhayət, səs kəsilir. İlyas cübbəsi ilə üzünü örtüb mağaradan çölə çıxır. Sonra Yehova ondan nəyə görə qaçdığını soruşur. İlyas deyir: «Mən tək qalmışam». Ancaq Yehova ona deyir: «Sən tək deyilsən. İsraildə hələ də mənə ibadət edən 7000 adam var. Get Əlyəsəni öz yerinə peyğəmbər et». İlyas Yehovanın buyruğunu yerinə yetirmək üçün cəld yola qoyulur. Bəs sən Yehovanın buyruqlarını yerinə yetirəndə O, sənə də kömək edəcək? Gəl quraqlıq vaxtı baş verən bəzi hadisələrə baxaq.

«Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin» (Filippililərə 4:6)