IX hissə
Bu hissədə Yehovaya sarsılmaz imanları olan uşaqlar, peyğəmbərlər və padşahlar haqda öyrənəcəksiniz. Aramda yaşayan israilli kiçik qız Yehovanın peyğəmbərinin Nemanı sağaldacağına inanırdı. Əlyəsə peyğəmbər Yehovanın onu düşmən qoşunundan qoruyacağına zərrə qədər də şübhə etmirdi. Baş kahin Yəhyaday həyatını təhlükəyə ataraq balaca Yuəsi pis nənəsi Ətəlyadan qorudu. Hizqiyyə padşah inanırdı ki, Yehova Yerusəlimi qoruyacaq və aşşurlulara təslim etməyəcək. Yuşiyyə padşah ölkəni bütlərdən təmizlədi, məbədi təmir etdi və xalqı Yehovaya ibadətə qaytardı.
BU BÖLMƏDƏ
DƏRS 51
Ordu başçısı və balaca qız
Balaca israilli ağasına Yehova Allahın möcüzəvi gücündən danışır.
DƏRS 52
Yehovanın alovdan olan ordusu
Necə olur ki, Əlyəsənin nökəri onlarla olanların düşmənlərindən çox olduğunu görür?
DƏRS 54
Yehova Yunusa səbir edir
Necə olur ki, nəhəng bir balıq Yehovanın peyğəmbərini udur? O, balığın qarnından necə çıxır? Yehova bu peyğəmbərə hansı ibrət dərsini verir?
DƏRS 55
Yehovanın mələyi Hizqiyyəni qoruyur
Yəhudanın düşmənləri deyirlər ki, Yehova Öz xalqını qorumayacaq, ancaq onlar yanılırlar!
DƏRS 56
Yuşiyyə Allahın qanunlarını sevir
Yuşiyyə səkkiz yaşında padşah olur və xalqa Yehovaya ibadət etməyə kömək edir.