Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?
Sizin fikrinizcə, bu kitab...
-
insan müdrikliyinin məhsuludur?
-
nağıllar və rəvayətlər toplusudur?
-
Allah Kəlamıdır?
MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?
«Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır» (İncil, 2 Timutiyə 3:16).
BU SİZİN ÜÇÜN NƏ MƏNA KƏSB EDİR?
Həyatda vacib suallara qaneedici cavablar tapacaqsınız (Peyğəmbərlərin kitabı, Məsəllər 2:1—5).
Yaşadığınız hər gün üçün etibarlı rəhbərlik əldə edəcəksiniz (Zəbur 119:105).
Gələcəyə gerçək ümidiniz olacaq (İncil, Romalılara 15:4).
MÜQƏDDƏS KİTABDA DEYİLƏNLƏRƏ İNANMAQ OLARMI?
Bəli, olar, ən azı üç səbəbə görə:
-
Heyrətamiz uyğunluq. Allah Müqəddəs Kitabı 1600 ildən çox vaxt ərzində qırxa yaxın müqəddəs bəndəsinə yazdırıb. Onların əksəriyyəti bir-birini heç vaxt görməyib. Bununla belə, kitabın harmonik şəkildə cərəyan edən bir əsas mövzusu var.
-
Dürüstlük. Çox vaxt tarixçilər öz xalqlarının nöqsanlarını və məğlubiyyətlərini ört-basdır edirlər. Müqəddəs Kitabı yazanlar isə həm özlərinin, həm də xalqlarının səhvlərini dürüstlüklə qələmə almışlar (Peyğəmbərlərin kitabı, 2 Salnamələr 36:15, 16; Zəbur 51:1—4).
-
Yerinə yetən peyğəmbərliklər. Müqəddəs Kitab qədim Babil şəhərinin viran qalacağı haqda təqribən 200 il əvvəl xəbər vermişdi (Peyğəmbərlərin kitabı, Əşiya 13:17—22). Müqəddəs Kitabda nəinki Babilin necə işğal ediləcəyi, hətta onu işğal edəcək şəxsin adı belə açıqlanmışdı! (Peyğəmbərlərin kitabı, Əşiya 45:1—3).
Müqəddəs Kitabın digər çoxsaylı peyğəmbərlikləri də ən xırda təfsilatlarınadək yerinə yetib. Məgər Allahın Kəlamı belə olmalı deyil? (İncil, 2 Butrus 1:21).
DÜŞÜNÜN
Allahın Kəlamı həyatınızı necə yaxşılaşdıra bilər?
Bu sualın cavabı Müqəddəs Kitabın aşağıdakı ayələrində yazılıb: ƏŞİYA 48:17, 18; 2 TİMUTİYƏ 3:16, 17.