Kontentə keç

Mündəricatı göstər

DƏRS 10

İntonasiya

İntonasiya

Məsəllər 8:3, 4, 7

İCMAL: Səsinin gücünü, tonunu və tempini dəyişərək fikirləri aydın ifadə et və dinləyicilərdə emosiya yaratmağa çalış.

NECƏ NAİL OLMAQ OLAR?

  • Səsinin gücünü dəyiş. Əsas fikirləri vurğulamaq və dinləyiciləri hərəkətə təşviq etmək istəyəndə səsini bir qədər qaldır. Müqəddəs Kitabdan hökm xəbərlərini oxuyanda da belə et. Dinləyicilərdə intizar yaratmaq, qorxu və həyəcan ifadə etmək üçün səsinin gücünü azalt.

  • Səsinin tonunu dəyiş. Əgər sizin dilə uyğundursa, şövq ifadə etmək, yaxud ölçü və ya məsafəni bildirmək üçün səsinin tonunu qaldır. Kədər, narahatçılıq ifadə etmək üçün isə aşağı tonda danış.

  • Tempi dəyiş. Hiss-həyəcan ifadə etmək lazım gələndə bir qədər sürətlə danış. Vacib fikirlərdən danışarkən tempi nisbətən azalt.