Kontentə keç

Mündəricatı göstər

DƏRS 11

Şövq

Şövq

Romalılara 12:11

İCMAL: Şövqlə danışaraq dinləyicilərdə həvəs oyat, onları hərəkətə təşviq et.

NECƏ NAİL OLMAQ OLAR?

  • Məlumatı ürəyinə ötür. Nitqi hazırlayarkən məlumatın vacibliyi barədə düşün. Materialı yaxşı mənimsə ki, ürəkdən danışa biləsən.

  • Dinləyicilər barədə düşün. Oxuyacağın, yaxud çatdıracağın məlumatın dinləyicilərə faydası barədə düşün. Məlumatı elə təqdim et ki, dinləyicilər onun faydasını aydın görsünlər.

  • Canlı çıxış et. Şövqlə danış. Hisslərini ifadə etmək üçün jestlərin və üzündəki ifadə təbii olsun.