Kontentə keç

Mündəricatı göstər

DƏRS 15

Əminliklə danış

Əminliklə danış

1 Salonikililərə 1:5

İCMAL: Qoy nitqindən həqiqətə və sözlərinin vacibliyinə ürəkdən inandığın görünsün.

NECƏ NAİL OLMAQ OLAR?

  • Hərtərəfli hazırlaş. Materialı o vaxta qədər öyrən ki, əsas fikirləri və Müqəddəs Yazıların onları necə təsdiq etdiyini başa düşəsən. Çıxışdakı əsas fikirləri bir neçə sadə sözlə ifadə et. Diqqəti məlumatın dinləyicilər üçün daşıdığı dəyərə cəmlə. Duada Allahdan müqəddəs ruh istə.

  • Əminlik bildirən sözlərdən istifadə et. Nəşrdə yazılanı sözbəsöz təkrar etmə, öz sözlərinlə danış. Dediklərinə əmin olduğunu göstərən sözlərdən istifadə et

  • Əminliklə və səmimi danış. Səsinin hündürlüyü kifayət qədər olsun. Əgər ədəbsizlik sayılmırsa, dinləyicilərlə göz təması yarat.