Kontentə keç

Mündəricatı göstər

DƏRS 2

Danışıq üslubu

Danışıq üslubu

2 Korinflilərə 2:17

İCMAL: Təbii və səmimi danış.

NECƏ NAİL OLMAQ OLAR?

  • Dua et və ciddi hazırlaş. Fikrini özünə yox, mövzuya cəmləmək üçün dua et. Dinləyicilərə çatdırmaq istədiyin əsas fikirləri müəyyən et. Fikirləri öz sözlərinlə ifadə et, nəşrdə yazıldığı kimi sözbəsöz söyləmə.

  • Ürəkdən danış. Mövzunun dinləyicilər üçün nəyə görə vacib olduğu barədə düşün. Diqqətini dinləyicilərə cəmlə. Onda duruşundan, jestlərindən, üzündən səmimiyyət və mehribanlıq duyulacaq.

  • Dinləyicilərə bax. Əgər ədəbsizlik sayılmırsa, dinləyicilərlə göz təması yarat. Çıxış edərkən auditoriyaya ümumi göz gəzdirməkdənsə, çıxış boyu müxtəlif insanlarla göz təması qur.