DƏRS 5
Düzgün oxu
NECƏ NAİL OLMAQ OLAR?
-
Yaxşı hazırlaş. Materialın nəyə görə yazıldığını müəyyən et. Sözləri ayrı-ayrı yox, qrup halında oxumağı məşq et. Sözləri buraxma, özündən söz əlavə etmə, yaxud bir sözü başqa sözlə əvəz etmə. Durğu işarələrinə fikir ver.
-
Bütün sözləri düzgün tələffüz et. Əgər hansısa sözün tələffüzünü bilmirsənsə, lüğətə bax, nəşrlərin audioyazısına qulaq as, yaxud yaxşı oxumağı bacaran adamdan kömək istə.
-
Aydın danış. Sözləri başını dik tutaraq və ağzını geniş açaraq tələffüz et. Çalış hər hecanı deyəsən.