Kontentə keç

Mündəricatı göstər

DƏRS 7

Dəqiq və inandırıcı danış

Dəqiq və inandırıcı danış

Luka 1:3

İCMAL: Dinləyicilərə düzgün nəticəyə gəlməyə kömək etmək üçün etibarlı mənbələrdən istifadə et.

NECƏ NAİL OLMAQ OLAR?

  • Mötəbər mənbələrə müraciət et. Sözlərini Allahın Kəlamına əsaslandır. Mümkün olanda ayələri birbaşa Müqəddəs Kitabdan oxu. Əgər elmi faktlardan, xəbərlərdən, hadisələrdən danışacaqsansa və ya sübutlar gətirəcəksənsə, mənbənin etibarlı olduğunu və məlumatın yenilənib-yenilənmədiyini dəqiqləşdir.

  • Mənbələrdən düzgün istifadə et. Diqqət yetir ki, ayənin izahı kontekstə, Müqəddəs Kitabın ümumi mövzusuna, sadiq və ağıllı nökərin nəşrlərindəki məlumata uyğun olsun (Mət. 24:45). Dünyəvi mənbələrdən istifadə edərkən yazıçının çatdırmaq istədiyi mənanı və məqsədi dəyişmə.

  • Dinləyiciləri düşündür. Ayəni oxuyandan, yaxud hansısa mənbədən sitat gətirəndən sonra, dinləyicilərə nəticə çıxarmaları üçün suallar ver, yaxud fikrə uyğun nümunə söylə.