Kontentə keç

Mündəricatı göstər

Rəhbərlik Şurasından məktub

Rəhbərlik Şurasından məktub

İbranilərə 5:12 ayəsində deyilir ki, biz müəllim olmalıyıq. Təsəvvür edin, ən dahi Müəllim olan Yehova Allah bizə buyurub ki, insanlara Onun haqqında bilik verək! İstər ailədə, istər yığıncaqda, istərsə də təbliğdə Yehova haqqında həqiqəti öyrətmək böyük şərəf və böyük məsuliyyətdir. Bu məsuliyyəti müvəffəqiyyətlə necə yerinə yetirə bilərik?

Cavabı həvari Bulusun Timutiyə yazdığı sözlərdən bilmək olar. O yazmışdı: «Özünü... camaat qarşısında oxumağa, öyüd-nəsihət və təlim verməyə həsr et». Sonra əlavə etmişdi: «Bu yolla həm özünü, həm də sənə qulaq asanları xilas edəcəksən» (1 Tim. 4:13, 16). Sizə həyati vacib xəbəri car çəkmək həvalə olunub. Odur ki, oxumaqda və təlim verməkdə püxtələşmək olduqca vacibdir. Əlinizdəki broşür sizə bu məqsədə çatmağa kömək edəcək. Gəlin broşürün bir neçə səciyyəvi cəhətini nəzərdən keçirək.

Hər səhifədəki ayələr ya dərslə bağlı Müqəddəs Kitab prinsipidir, ya da dərsin tətbiqinə dair nümunədir

Yehova Böyük Nəsihətçidir (Əşy. 30:20). Bu broşürün köməyi ilə oxumaq və təlim vermək qabiliyyətiniz yaxşılaşanda yaddan çıxarmayın ki, yaydığımız xəbər Yehovaya məxsusdur və insanları O cəlb edir (Yəh. 6:44). Buna görə də tez-tez duada Allahdan müqəddəs ruh istəyin. Həmişə Müqəddəs Kitabdan istifadə edin. Diqqəti Yehovaya cəmləyin, özünüzə yox. Dinləyicilərin ürəyində Yehovaya məhəbbət yetişdirin.

Sizə indiyə qədər insanlara ünvanlanan ən vacib xəbəri çatdırmaq, həqiqəti öyrətmək həvalə olunub. Əminik ki, Allahın verdiyi gücə arxalandığınız təqdirdə bu işdə uğur qazanacaqsınız (1 But. 4:11).

Sizin müəllim yoldaşlarınız,

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası