Pak ibadət dirçəlir!

Müqəddəs Kitabın «Hizqiyal» bölməsində kitabın vacib mövzusu olan pak ibadətin dirçəlməsi barədə çoxlu peyğəmbərliklər var. Bu peyğəmbərliklərin bizə hansı aidiyyəti var?

Rəhbərlik Şurasından məktub

Arzumuz budur ki, bu kitab sizə Yehovaya layiq olduğu tərzdə, pak şəkildə ibadət etməyə kömək etsin.

Xüsusi məqamların izahı

Çərçivələrdə və zaman xətləri vasitəsilə materialı daha yaxşı başa düşməyə kömək edən əlavə məlumat verilir.

FƏSİL 1

«Allahın Yehovaya səcdə qıl»

Ədən bağında üsyan qaldırmaqla Şeytan təkcə Yehovanın hakimiyyət sürmək hüququnu sual altına almadı, həmçinin pak ibadətə hücum etdi.

FƏSİL 2

Allah onların bəxşişlərindən razı qaldı

Mömin insanların nümunəsindən görünür ki, ibadətin Allaha məqbul olması üçün dörd vacib şərt var.

FƏSİL 3

«Allahdan nazil olan görüntülər gördüm»

Birinci görüntü Hizqiyalı elə heyrətə salır ki, o, üzüqoylu yerə döşənir. Bu görüntü Allahın bugünkü sadiq xidmətçiləri üçün dərin məna kəsb edir.

FƏSİL 4

Dörd simalı dörd məxluq

Yehova Hizqiyala görüntülər verdi. Bu görüntülər bizə başqa cür dərk edə bilməyəcəyimiz gerçəklikləri başa düşməyə kömək edir.

FƏSİL 5

«Gör orada necə murdar işlər görürlər»

Hizqiyal xalqın ruhani tənəzzülünü əks etdirən dörd dəhşətli səhnənin şahidi olur.

FƏSİL 6

«Sizin axırınız gəlib»

Hizqiyalın göstərdiyi peyğəmbərlik səhnələri Yehovanın Yerusəlimi cəzalandıracağını göstərirdi.

FƏSİL 7

Xalqlar biləcək ki, «Mən Yehovayam»

Yehovanın adına qara yaxan, xalqını təqib edən və pis yola çəkən xalqlar əməllərinin nəticəsini biçəcəkdilər. İsraillilərin o xalqlarla münasibətindən nə öyrənirik?

FƏSİL 8

«Bir nəfəri... çoban qoyacağam»

Allah Hizqiyala gələcək Rəhbər və Çoban olan Məsih barədə peyğəmbərlik nazil etdi. O, Yehovanın xalqına çobanlıq edəcək və pak ibadəti həmişəlik dirçəldəcək.

FƏSİL 9

«Mən sizə vahid ürək verəcəyəm»

Əsarətdə olan sadiq yəhudilərə verilən vədlər bizim üçün hansı mənanı kəsb edir?

FƏSİL 10

«Canlanacaqsınız»

Hizqiyal görüntüdə görür ki, bir düzənlik quru sümüklərlə doludur, amma sonra sümüklər canlanır. Bu görüntü hansı mənanı daşıyır?

FƏSİL 11

«Səni... gözətçi qoymuşam»

Gözətçinin hansı rolu oynayır və hansı məsuliyyəti daşıyır? O hansı xəbərdarlığı xalqa çatdırmalıdır?

FƏSİL 12

«Onları... vahid xalq edəcəyəm»

Yehova xalqını birləşdirməyi vəd edir.

FƏSİL 13

«Məbədi təsvir et»

Hizqiyalın görüntüdə gördüyü məbədin mənası nədir?

FƏSİL 14

«Məbədlə bağlı qanun budur»

Hizqiyalın dövründəki yəhudilər məbədlə bağlı görüntüdən nə öyrənə bilərdilər? Bəs bu görüntü bizim üçün hansı mənanı kəsb edir?

FƏSİL 15

«Mən sənin fahişəliyinə son qoyacağam»

«Hizqiyal» və «Vəhy» kitablarında təsvir olunan fahişələrdən hansı ibrət dərsini alırıq?

FƏSİL 16

«Ah-nalə edənlərin alnına işarə qoy»

Hizqiyalın dövründə sadiq insanların xilas üçün necə işarələnməsi bizim üçün əhəmiyyət kəsb edir.

FƏSİL 17

«Mən sənə qarşıyam, ey Yəcuc»

Məcuc ölkəsindən olan Yəcuc kimdir və o, hansı ölkəyə hücum edəcək?

FƏSİL 18

«Qəzəbdən alışıb-yanacağam»

Yəcucun hücumu Allahın qəzəbinə səbəb olacaq və Allah xalqının müdafiəsinə qalxacaq.

FƏSİL 19

«Çay axdığı hər yerə həyat gətirəcək»

Hizqiyalın məbəddən axan çayla bağlı gördüyü görüntü qədimdə necə yerinə yetmişdi, indiki dövrdə necə yerinə yetir və gələcəkdə necə yerinə yetəcək?

FƏSİL 20

Ölkə irs olaraq bölüşdürülür

Allah görüntüdə Hizqiyala Vəd edilmiş diyarı İsrail qəbilələri arasında bölüşdürməyi buyurur.

FƏSİL 21

«Şəhər “Yehova oradadır” adlanacaq»

Hizqiyalın görüntüdə gördüyü şəhərdən və onun adından nə öyrənirik?

FƏSİL 22

«Allaha səcdə qıl»

Bu nəşrin məqsədi yalnız və yalnız Yehova Allaha ibadət etmək əzmimizi möhkəmləndirməkdir.

Yenilənmiş izahatların məcmusu

Nəyə görə «Hizqiyal» kitabındakı bəzi peyğəmbərliklərin izahatına yeniliklər edilib?

ÇƏRÇİVƏ 1A

İbadət nədir?

İbadət sözünü necə izah etmək olar? İbadət mövzusu «Hizqiyal» kitabında necə vurğulanır? Pak ibadət özünə nəyi daxil edir?

ÇƏRÇİVƏ 1B

«Hizqiyal» kitabının icmalı

«Hizqiyal» kitabında həm xronologiya, həm də mövzu baxımından ardıcıllıq qorunub.

ÇƏRÇİVƏ 2A

Hizqiyalın peyğəmbərlikləri

Kitabda görüntülər, nümunələr, məsəllər və səhnələr var. Bunların hamısı baş verəcək hadisələr barədə Allahdan nazil olan xəbərlərdir.

ÇƏRÇİVƏ 2B

Hizqiyal. Həyatı və yaşadığı dövr

Hizqiyalın dövründə başqa peyğəmbərlər də xidmət edirdi. Həmçinin bu dövrdə İsrail xalqının tarixində mühüm hadisələr baş vermişdi.

ÇƏRÇİVƏ  3A

Babilə gedən uzun yol

Əsirlər Yəhudadan Babilə hansı yolla aparılmışdılar?

ÇƏRÇİVƏ 4A

Dörd simalı məxluqlar

Hizqiyalın görüntüdə gördüyü dörd məxluqu qədim Aşşur və Babilistan ərazisində tapılan nəhəng heykəllərdən nə fərqləndirirdi?

ÇƏRÇİVƏ  5A

«Ey bəni-adəm, görürsən?»

Hizqiyal məbəddə və həyətində baş verən dörd murdarlığın şahidi olur.

ÇƏRÇİVƏ 6A

«Saçını, saqqalını qırx»

Allahın buyruğu ilə Hizqiyal Yerusəlimdə baş verəcək hadisələri təsvir edən peyğəmbərlik səhnələri göstərir.

ÇƏRÇİVƏ 7A

Yerusəlimin ətrafındakı xalqlar

Yəhuda və qonşu ölkələr bir çox dövlətlərin döyüş meydanına çevrilmişdi.

ÇƏRÇİVƏ 7B

Hizqiyal kitabındakı əsas ifadələr

Bu peyğəmbərlik kitabında müəyyən ifadələrə çox rast gəlinir.

ÇƏRÇİVƏ 8A

Hökmdar Məsihlə bağlı peyğəmbərlik. Möhtəşəm sidr ağacı

«Hizqiyal» kitabının 17-ci fəslində yazılmış tapmacanın mənası nədir?

ÇƏRÇİVƏ 8B

Hökmdar Məsihlə bağlı üç peyğəmbərlik

Hizqiyal peyğəmbərlik edirdi ki, Allahın xalqının gələcək rəhbərinin Davud Padşahın varisi olaraq padşahlıq etməyə qanuni ixtiyarı olacaq.

ÇƏRÇİVƏ 9A

Yehova vədlərini gerçəkləşdirir. Qədim dövr

Allah Hizqiyal vasitəsilə xalqa azadlıq və dirçəlişlə bağlı beş peyğəmbərlik çatdırır.

ÇƏRÇİVƏ 9B

Nəyə görə məhz 1919-cu il?

Nəyə əsasən belə qənaətə gəlmişik ki, Allahın xalqı Böyük Babilin əsarətindən 1919-cu ildə azad olub?

ÇƏRÇİVƏ 9C

Yehova vədlərini gerçəkləşdirir. Müasir dövr

Allahın bəzi vədləri iki dəfə necə yerinə yetib?

ÇƏRÇİVƏ 9Ç

Əsarət və dirçəlişlə bağlı peyğəmbərliklər

Yəhudi xalqının qədim Babildəki əsarəti ilə bağlı peyğəmbərliklər daha geniş miqyasda məsihi yığıncağının Böyük Babilə əsir düşməsilə yerinə yetdi.

ÇƏRÇİVƏ 9D

«Hər şeyin bərpa ediləcəyi vaxt»

Həvari Butrus Allahın ilhamıyla Məsihin Padşah kimi taxta çıxması ilə başlayıb onun minillik hakimiyyətinin sonunadək davam edəcək dövrdən danışırdı.

ÇƏRÇİVƏ 10A

Pak ibadət tədricən bərpa olur

Hansı hadisələr müasir dövrdə icra olunan təbliğ işinə yol açdı?

ÇƏRÇİVƏ 10B

«Quru sümüklər» və «iki şahid»

Bu peyğəmbərliklər müasir dövrdə necə yerinə yetib?

ÇƏRÇİVƏ 10C

Yehova bizi ayağa qaldırır

Bəzən taqətdən düşürük və mübarizə aparmağa gücümüz qalmır, lakin bu vaxt quru sümüklərin canlanması haqqında olan görüntü bizə güc verə bilər.

ÇƏRÇİVƏ 11A

Gözəl nümunə qoyan gözətçilər

Gözətçilər təqiblərlə üzləşsələr də, sadiq qaldılar. Onlar həm xəbərdarlıq, həm də müjdə bəyan etdilər.

ÇƏRÇİVƏ 12A

İki çubuq birləşir

Bu çubuqlar qədimdə və müasir dövrdə kimləri təmsil edir?

ÇƏRÇİVƏ 13A

Fərqli məbədlər, fərqli mənalar

Hizqiyalın gördüyü məbəd həvari Bulusun təsvir etdiyi məbəddən nə ilə fərqlənir?

ÇƏRÇİVƏ 14A

Hizqiyalın məbədlə bağlı gördüyü görüntüdən nə öyrənirik?

Hizqiyalın məbədlə bağlı gördüyü görüntüdən öz ibadətiniz üçün nə götürürsünüz?

ÇƏRÇİVƏ 15A

Fahişə bacılar

Yehovanın Öhla və Öhlübadan danışdıqları göstərir ki, O, müqəddəs adına ləkə gətirənlərə və pak ibadət üçün qoyduğu qanunları yanlış təqdim edənlərə necə yanaşır.

ÇƏRÇİVƏ 16A

Yerusəlim Xristian dünyasını təmsil edir?

Nəyə görə bu fikrə dəyişiklik edilib?

ÇƏRÇİVƏ 16B

Ah-nalə etmək, işarə qoymaq, öldürmək. Nə zaman və necə?

«Hizqiyal» kitabının 9-cu fəslində yazılmış görüntü bizə bu şər dünyanın sonunu əminliklə qarşılamağa kömək edə bilər.

ÇƏRÇİVƏ 18A

Həlledici müharibə barədə Yehovanın xəbərdarlıqları

Müqəddəs Kitab xəbərdarlıq edir ki, Yehova həlledici bir döyüşdə Ona düşmən kəsilən hər kəsi məhv edəcək.

ÇƏRÇİVƏ 19A

Nemətlər gətirən çaylar

Müqəddəs Kitabın bir neçə yerində Yehovanın bəxş etdiyi nemətləri təsvir etmək üçün eyni obrazdan istifadə olunub.

ÇƏRÇİVƏ 19B

Bulaq çaya çevrilir

Allahın məbədindən çıxan bulaq nəyi təmsil edir?

ÇƏRÇİVƏ 20A

Ölkənin bölünməsi

Hizqiyalın ölkənin bölünməsilə bağlı gördüyü görüntü Babildə əsir olan yəhudilərlə yanaşı, Allahın müasir xalqını da ruhlandırır.

ÇƏRÇİVƏ 21A

«Pay ayırın»

Allahın ayırdığı torpaq hansı hissələrdən ibarətdir? Hansı məqsədə xidmət edir?

ÇƏRÇİVƏ 22A

Son sınaq

Son sınaqdan alnıaçıq çıxanları nə gözləyir?