Kontentə keç

Mündəricatı göstər

ÇƏRÇİVƏ 16B

Ah-nalə etmək, işarə qoymaq, öldürmək. Nə zaman və necə?

Ah-nalə etmək, işarə qoymaq, öldürmək. Nə zaman və necə?

«Hizqiyal» kitabının 9-cu fəslində yazılmış görüntünün müasir dövrə də aidiyyəti var. Hadisələrin necə cərəyan edəcəyini başa düşsək, bu şər dünyanın sonunu əminliklə qarşılaya bilərik

Ah-nalə etmək

NƏ ZAMAN? Axırzamanda, böyük müsibətdən əvvəl

NECƏ? Təmizqəlbli insanlar sözləri və əməlləri ilə bu dünyadakı mənfur işlərə nifrət etdiklərini göstərir. Onlar müjdəyə hay verirlər, daim Məsihə xas şəxsiyyətə bürünürlər, Yehovaya həsr olunduqlarının rəmzi olaraq vəftiz olunurlar və Məsihin qardaşlarını sədaqətlə dəstəkləyirlər

İşarə qoymaq

NƏ ZAMAN? Böyük müsibət vaxtı

NECƏ? Belində qələm-davat olan adam İsa Məsihi təmsil edir. O, bütün xalqların Hakimi qismində gələndə bu rolda çıxış edəcək. Böyük izdihamın üzvlərinə «qoyun» hökmü çıxarılacaq, yəni alınlarına işarə qoyulacaq. Bu isə onların Armageddondan sağ çıxacağına əlamət olacaq

Öldürmək

NƏ ZAMAN? Armageddonda

NECƏ? İsa Məsih mələklərdən və 144 000 hakimiyyət şərikindən ibarət səmavi ordusu ilə birlikdə bu şər dünyanı büsbütün məhv edəcək, pak şəkildə ibadət edən insanları isə yeni dünyaya qovuşduracaq