Kontentə keç

Mündəricatı göstər

ÇƏRÇİVƏ 4A

Dörd simalı məxluqlar

Dörd simalı məxluqlar

Sözsüz ki, Hizqiyal sarayların və məbədlərin qarşısında gözətçi kimi duran insan başlı, öküz və şir bədənli, qanadlı nəhəng heykəllər görmüşdü. Çünki bu cür heykəllərə qədim Aşşur və Babilistanın hər yerində rast gəlmək olardı. Yəqin Hizqiyal da hamı kimi bu vahiməli heykəllərin qarşısında durub heyrətlə onlara tamaşa edirdi. Bəzən hündürlüyü altı metrə çatan bu heykəllər nə qədər qüdrətli görünsələr də, cansız idilər, sadəcə daşdan oyulmuş heykəllər idilər.

Hizqiyal isə görüntüdə cansız heykəllər yox, məxluqlar görmüşdü. Bu iki şey arasında yerlə göy qədər fərq var. Bu mənzərə Hizqiyala elə təsir etmişdi ki, o, peyğəmbərliyinin girişində məxluq sözünü on dəfədən çox işlətmişdi (Hizq. 1:5—22). Dörd məxluqun Allahın taxtından aşağıda həmahəng hərəkət etməsi, yəqin Hizqiyalın beyninə birdəfəlik həkk etmişdi ki, Yehova bütün varlıqları idarə edir. Bu gün həmin görüntü xəyalımızda Yehovanın böyüklüyünü, qüdrətini və hakimiyyətinin əzəmətini canlandıraraq bizi heyrətə salır (1 Saln. 29:11).